Yuxarı

Bakıda məscid yandıran PKK-çılardan son xəbər – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaraçuxur məscidini yandıran azərbaycanlı PKK simpatizanlarının istintaqı davam edir.

Axar.az-ın əldə etdiyi xəbərə görə, vəhhabilərin getdiyi məscidi yandıran Namiq Nəsibov və Elnur Ələkbərovdan əlavə dindirilənlər olub.

PKK-nın Bakıdakı "Yekbun" adlı qanadını təsis edən təşkilat üzvləri bir-bir istintaqa çağırılır, ifadəsi alınır. Mənbənin sözlərinə görə, "Yekbun"a bağlı başqa radikalların da həbsi istisna edilmir.

Demokratiya.info saytı isə yazıb ki, keçirilən əməliyyatda daha 7 nəfər saxlanılıb. Ancaq bu xəbər rəsmi şəkildə təsdiqlənməyib. Bununla belə, aparılan əməliyyat-axtarış tədbirləri davam edir və PKK-nın Azərbaycanda olan digər tərəfdarlarının da zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Yada salaq ki, Bakıda Qaraçuxur məscidini yandıranların ölkəmizdəki İraq səfirliyi qarşısında etiraz aksiyaları keçirmək planı olub. Onlar bu aksiyalarda qarışıqlıq salmağı nəzərdə tutublar. Bununla həm diqqəti İŞİD probleminə yönəltmək, həm də məsciddə xəvariclərin olduğuna işarə vermək istəyiblər.

Onlar bu aksiyaları təşkil etməzdən əvvəl Qaraçuxur məscidini yandırmaq, diqqəti yayındırmaq planı cızıblar. "Yekbun"çular məscidi yandırmaqla ibadət evində İŞİD tərəfdarı olan qüvvələrin namaza gəldiyini nəzərə çatdırmaq istəyiblər.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Qaraçuxur məscidini yandıran Namiq Nəsibovun üzərindən "Makarov" tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun isə üzərindən "Smit-Vesson" markalı revolver aşkar edilərək götürülüb. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib.

Tarix
2014.12.20 / 00:22
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla