Yuxarı

ADU-da səfirlə görüş: ikili diplom müzakirəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-da səfirlə görüş: ikili diplom müzakirəsi

İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.

Axar.az xəbər verir ki, qonağı salamlayan rektor yaxın tarixlərdə Rumniyaya səfərin nəzərdə tutulduğunu deyib. Rektor universitetin Rumın dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açıb. O, universitetdə rumın dili öyrənən tələbələrin tədris proqramlarının genişləndiriləcəyini bildirib.

Universitet rəhbəri görüşlərdə səsləndirilən təklif və ideyaların layihə formasında təqdim olunmasını məqsədəuyğun hesab edib və qeyd edib ki, bu, qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə zəmin yaradacaqdır.

Öz növbəsində səmimi qəbula görə təşəkkür edən səfir D.İanku əməkdaşlığın inkişafında rektor Kamal Abdullanın dəstəyini, tələbə və müəllimlərə olunan köməkliyi yüksək qiymətləndirib. Səfir ADU-da Rumın dili və mədəniyyəti mərkəzinin açılışında iştirak edən Rumıniyanın Baş nazirinin müavini Ana Birçalın həmin səfərdən çox razı qaldığını, xoş təəssürat və xatirələrlə geri döndüyünü diqqətə çatdırıb.

O, Bakıda keçirilmiş I Azərbaycan-Rumıniya Universitetlərarası Forumunun növbəti planlarından söz açıb. D.İanku rumın dilini öyrənən tələbələrin tədris proqramları, eyni zamanda ADU-nun Rumıniyanın Babeş-Bolyay Universiteti ilə əməkdaşlığı çərçivəsində latın dilinin tədrisinin bərpası haqqında təkliflər irəli sürüb.

Görüşdə təqaüd və təcrübə proqramları, tədqiqatların aparılması, təlim və layihələrin həyata keçirilməsi, ikili diplomların verilməsi üzrə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2019.06.15 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla