Yuxarı

Prezidentin 2020 hədəfi: maaşlar bu səviyyəyə qalxacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin 2020 hədəfi: maaşlar bu səviyyəyə qalxacaq

Prezident İlham Əliyevin minimum əmək haqqının və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması haqqında ötən gün imzaladığı sərəncamı olduqca təqdirəlayiq addımdır.

Bu sözləri Axar.az-a əmək haqlarının artırılması ilə bağlı ötən gün imzaladığı sərəncamlara münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu sərəncamlar dövlətin sosial hədəfinə istiqamətlənib:

“Bu istiqamətdə atılan addımlar əvvəlcədən proqnozlaşdırılan idi. Azərbaycanda ümumi hədəf ondan ibarətdir ki, minimum əmək haqqı 2020-ci ilə qədər orta aylıq əmək haqqının 60 faizi səviyyəsinə çatdırılsın. Bu, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında, Məşğulluq strategiyasında və strateji yol xəritələrində də öz əksini tapıb. Minimum əmək haqqı bu sərəncamdan qabaq 180 manat idi, bu ilin fevralına qədər isə bu rəqəm 130 manat olub. Orta əmək haqqı isə 550 manat ətrafındadır. Bu istiqamətdə artıq real addımların atılması və tempin sürətləndirilməsi ehtimalı yüksək idi. Göründüyü kimi, Prezident İlham Əliyev minimum əmək haqqının orta aylıq əmək haqqının 60 faizinə çatdırılması üçün əhəmiyyətli addımlar atır. Bu, Azərbaycan xalqının sosial rifahına müsbət təsir göstərməklə yanaşı, eyni zamanda dövlət büdcəsinin strukturunda sosial xərclərin həcminin artmasına gətirib çıxaracaq. Çünki Azərbaycanın 2019-cu ilin dövlət büdcəsi proqnozunda sosial xərclərin büdcədə ümumi payı 33 faiz ətrafında idi. Yeni atılan addım büdcənin strukturunda həm təqaüdlərin, müavinətlərin ödənilməsi xərclərini artıracaq, həm də dövlət büdcəsində sosial xərclərin həcmini artırmaqla, gəlirlərin yenidən bölünməsi mexanizminin sosial prinsiplərə daha da yaxınlaşmasına zəmin yaradacaq”.

Tarix
2019.06.20 / 09:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Səfirliyimiz Meksikadakı vətəndaşlarımıza xəbərdarlıq etdi

Trampın Əliyevə xüsusi simpatiyası var - Brayza

Avropadan Zəngəzur dəhlizinə dəstək: Müddət 25% azalacaq!

Tiflisin İrəvandan idxalı Bakıya nisbətən 10 dəfə çox oldu

Pakistan bu ölkəyə zərbələr endirdi: onlarla ölü var

İlham Əliyev Səudiyyə kralını təbrik etdi

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla