Yuxarı

MN-dən Aprel döyüşü barədə: Bu hadisədən şoka düşdük

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel döyüşləri zamanı Ermənistan ordusunda vəziyyətin acınacaqlı olmasının bir daha şahidi olduq.

Axar.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin şöbə müdiri Rauf Dəmirov deyib. O bildirib ki, Aprel döyüşlərində bir daha onların biabırçı vəziyyətdə olduqları bilindi: "Aprel döyüşlərində həlak olan erməni əsgərlərini onlara təhvil verəndə meyiti sürüyə-sürüyə aparırdılar. Biz bu hadisədən şoka düşdük. Çünki onlar Ermənistan tərəfindən döyüşən əsgər idi. Amma bizim pilotlarımızın olduğu təyyarə vurulanda meyitlər qarşı tərəfdən təhvil alınarkən hərbi təzimlə çiyin bərabərində qaldırılaraq sıra adddımı ilə maşına tərəf aparıldı. Bu isə ermənilərdə böyük şok yaratdı".

R.Dəmirov deyib ki, Ermənistan hakimiyyəti ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir: "Son zamanlar atəşkəs daha tez-tez pozulur, Azərbaycan Ordusu onlara layiqli cavab verir. Onlar başa düşürlər ki, Azərbaycan Ordusu istər silah baxımından, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdədir".

Tarix
2019.06.20 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla