Yuxarı

Sadiq və peşəkar general: niyə və hara getdi? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün general-polkovnik Ramil Usubovun 73 yaşı tamam olur. Bununla əlaqədar general-polkovnikin dazili işlər naziri vəzifəsindən azad edilərək, TŞ katibi təyin edildiyi ərəfədə dərc edilən məqaləni oxuculara təqdim edirik:

***

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər naziri vəzifəsindən azad edilən və Təhlükəsizlik Şurasının katibi təyin edilən general-polkovnik Ramil Usubov gündəmin baş mövzusudur.

Usubov niyə nazir vəzifəsindən alındı?

Əslində, Ramil Usubovun “Niyə Daxili İşlər naziri vəzifəsindən azad edildi” sualından daha çox, “Necə oldu ki, 25 il 1 ay 22 gün eyni nazirliyə rəhbərlik etdi” sualı daha aktualdır. Bir insanın bir nazirliyə əsrin 4/1-dən də çox rəhbərlik etməsi sıradan bir məsələ deyil və müzakirə olunmalı da elə budur.

Bu suala cavab isə Ramil Usubovun nazir təyin edildiyi günə nəzər salmaqdan başlayır; həmin dövrdəki ictimai-siyasi, kriminal şəraitə diqqət çəkmək lazım gəlir.

1994-cü ilin apreli Azərbaycanda siyasi-kriminagen durumun kifayət qədər gərgin, çətin, narahat olduğu dövrdür: kriminal avtoritetlər ölkəni nüfuz dairələrinə bölmüşdülər; adam oğurluğuna görə pul tələb etmə, reketlik, yeni-yeni yaranmağa başlayan sahibkarları aylıq haqqa məcbur edən “obşak”lar, əlinə silah düşən, qolunda güc hiss edənlərin başına 5-10 adam yığıb, qoçuluq etməsi və bu şəxslərin az qala həmin ərazidə polisdən-prokurordan “daha mötəbər” şəxs sayılması, “razborkalar”, pul atmalar, aldatmalar, polisin acizliyi səbəbindən insanların bu “qoçu”lara pənah aparması...

İndi həmin dövrü təsəvvür etmək heç cür mümkün deyil. Müasir gəncə necə izah edə bilərsən ki, həmin illərdə Bakı küçələrinə axşam 7-8-dən sonra çıxmaq mümkün deyildi, çünki potensial qurban idin - mütləq soyulma, döyülmə, hətta qanına qəltan edilməyini göz altına almalı idin.

Məhz bu məqamda – 1994-cü ilin aprelin 29-da Prezident Heydər Əliyev DİN-in Dağlıq Qarabağ İdarəsinin rəis müavinliyindən tutmuş Naxçıvan MR-in müxtəlif vaxtlarda iki dəfə daxili işlər naziri olmuş 45 yaşlı Ramil Usubovu Azərbaycanın Daxili İşlər naziri vəzifəsinə təyin etdi.

Onun təyinatında olduqca mühüm və diqqətçəkici bir məqam vardı. Prezident Heydər Əliyev Ramil Usubovu təqdim edərkən demişdi: “Ramil Usubova mən tam inanıram, prezident kimi ona etimad göstərirəm və sizin hamınızdan tələb edirəm ki, ona bu vəzifədə işləməsinə kömək edəsiniz!”

Olduqca böyük güvənc, etimad idi.

Bu, həm də o vaxt idi ki, Surət Hüseynov baş nazirlik edirdi və onun artıq Nazirlər Kabinetinə “sığışmadığı” barədə informasiyalar yayılırdı. Ölkədə kriminal ünsürlərin artmasında və özbaşınalığında S.Hüseynovun “misilsiz xidməti” də vardı və bu məqamda dövlətin dayaqlarını qoruyacaq peşəkar və etibarlı kadrlar görəvə gətirilirdi.

Ramil Usubov nələrə nail oldu?

Ramil Usubovun nazir təyin edilməsi ilə Daxili İşlər Nazirliyində islahatlara start verildi, bu strukturun dövlətin onurğa sütununa çevrilməsi prosesi başladı.

Əvvəlcə oktyabr, ardınca isə mart qiyam cəhdləri yatırıldı. Bunun dərhal ardınca isə Azərbaycanda kriminal ünsürlərin təmizlənməsinə başlanıldı.

Həmin dövrü yaşayanlar xatırlayır: Namiq Abbasov və Ramil Usubov Prezident Heydər Əliyevin tapşırıqlarını “saat mexanizmi” ilə icra edirdilər. Başlarına qoçu dəstəsi yığan və ölkəni “təsir dairələrinə” bölən reketlər heyrətamiz bir dəqiqlik və çevikliklə, az qala bir gecə içərisində Banditizm və Terrorizmə qarşı Mübarizə İdarəsinin zirzəmisinə dolduruldu. Prezident Heydər Əliyevin birbaşa göstərişi ilə qurulan və DİN-in elitalarından sayılan bu qurum ən sərt və ən amansız mübarizə metodu seçmişdi. Yeri gəlmişkən, ötən gün Daxili İşlər naziri təyin edilən Vilayət Eyvazov da bu qurumdakı müstəsna fəaliyyəti ilə məşhurdur. (Həmin dövrdə Bakı şəhər BPİ-nin rəisi olan Məhərrəm Əliyevin bu prosesdə oynadığı rol da olduqca mühüm idi).

Beləliklə, 1995-ci ilin yay aylarından artıq Azərbaycan kriminal ünsürlərin girə bilmədiyi “qırmızı ölkələr” sırasına daxil oldu. Bunun ardınca isə kriminal avtoritetlər və lotular ya ölkəni tərk etdi, ya da zindana salındı.

Ən təhlükəli anlarda Usubov!

Azərbaycan üçün ən ciddi və həlledici məqamlarda Daxili İşlər Nazirliyi və Ramil Usubov öndə olub: 2003 və 2005-ci il seçki müdaxilələrinin dərhal aradan qaldırılması, Eldar Mahmudovun yaratdığı kriminal dəstəyə qarşı fərdlərin qorunmasında DİN və Usubovun tutduğu mövqe, hətta E.Mahmudovun vəzifədən alınması prosesində DİN elit qüvvələrinin 48 saat ayaqda olması...

Bir nüansı bəlkə də xatırlatmaq olduqca vacibdir: Prezident İlham Əliyevin birbaşa göstərişi ilə Akif Çovdarovun mümkün təzyiqlərindən gənc jurnalistin qorunmasını üzərinə götürən DİN əməkdaşları onun Fransaya yola salınması zamanı hətta ən sərt üsula əl atmış, bu təşəbbüsə mane olmağa çalışan şəxslərə “Prezidentin iradəsini həyata keçirmək üçün lap sizi də aradan götürərəm” deyən polis zabitinin silahını çıxarması ən radikal müxalifət düşərgəsində belə bu qurumun sədaqəti haqda birmənalı rəy yaratmışdı...

Cildlərə sığmayan əməliyyatlar, xidmətlərdir və bu xidmətləri zamanında Prezident Heydər Əliyev özü daha lokal və konkret ifadə etmişdi. Lütfən, dinləyin:

Son cümləyə diqqət etdinizmi: “Nə qədər ki mən varam, Usubov da var!”

***

Kimliyindən və siyasi mövqeyindən asılı olmayaraq, Ramil Usubova müraciət edən və hansısa təhlükədən dolayı öz dövlətinə, konkret olaraq Daxili İşlər Nazirliyinə sığınan şəxs dərhal nəzarətə götürülüb və qorunub – bunu bütün məsuliyyətimizlə deyirik.

Daxili İşlər Nazirliyi olduqca çətin və sovetlərdən qalma bəzi yanlış ənənələrin qana-sümüyə keçməsi ilə müşayiət olunan bir sistemdir. Bu sistemi hazırkı hala gətirən, polisə əhalinin güvəncinin bu səviyyəyə qalxmasına səbəb olan əsas sima isə Ramil Usubovdur!

Bu qurum daim ictimaiyyətlə işləyir, bu qurumun mətbuat xidməti bütün sutka ərzində DİN-lə bağlı məlumatların təhlilini aparır, dərhal nazirə hesabat verir və anında da ölçü götürülür! DİN ictimaiyyətə münasibətində və yayılan informasiyalara həssaslığında ilk yerdədir və əlbəttə ki, bunun səbəbkarı Ramil Usubovdur!

Media nümayəndələrinə yaxşı məlumdur ki, DİN-lə bağlı istənilən informasiya dərhal araşdırmaya alınır, yoxlanılır və azacıq nöqsan varsa, bağışlanmır. Azərbaycanda bəlkə də yeganə qurumdur ki, bu sistemdə çalışanlar xırda nöqsanına görə belə mütləq cəza alır.

Kimsə Ramil Usubovun barəsində indiyə qədər əndazəni aşan hərəkətə yol verdiyi, qruplaşma və ya monopoliya yaratdığı haqda qeyri-səhih informasiyanı belə müşahidə etməyib; hətta ən qatı rəqibləri belə Usubovun hansısa məclisdə və ya “dar çevrədə” narazılıq etdiyini dilə gətirəcək qədər ədalətsizliyə yol verməyib.

Çünki Usubov haqda bəlkə də istənilən ittihamı səsləndirmək olar, yalnız qeyri-peşəkarlıq, xəyanət, səhlənkarlıq, dönüklükdən başqa!

Peşəkarlıq, sərt nizam-intizam, komandaya və liderinə birmənalı sədaqət Ramil Usubovun cizgiləridir və bunlardan hansısa birinin olmadığını iddia etmək sanki “Usubovun bir qolu yoxdur” demək səviyyəsində gülüncdür ki, heç kəs də özünü gülünc vəziyyətə qoymaq istəmədiyi üçün belə böhtanı dilə gətirməyi özünə rəva görməyib!

Usubov getdi – hara və niyə?

Usubovun vəzifədən alınacağı gözlənilən idi – nəinki vəzifə, heç həyat əbədi deyil! Ancaq tam səmimiyyətlə deyək ki, böyük əksəriyyəti bir sual həmişə düşündürüb: Usubovdan sonra DİN-də durum necə olacaq?

Xatırlayırıq ki, bu sual MTN haqda da vaxtilə verilirdi: Namiq Abbasovdan sonra MTN necə olacaq?

Bunu müqayisə üçün qeyd etmədik – çünki MTN-ə bu sahənin qeyri-peşəkarı gəlmişdi, DİN-ə isə...

DİN-ə Usubovun yetişdirdiyi, uzun illər bir yerdə işlədiyi, bu sistemə dərindən bələd olan bir general nazir təyin edilib və DİN-də mövcud müsbət ənənələrin yaşadılacağı və inkişaf etdiriləcəyinə böyük ictimai inam mövcuddur.

Usubov isə “uzaq” getməyib: ölkənin Təhlükəsizlik Şurasının katibi DİN qədər ictimai-qaynar olmasa da, çox böyük siyasi-hüquqi vəzifədir.

R.Usubov kimi təcrübəli, sədaqətli və peşəkar kadrlar hər zaman və hər deyəndə yetişmir: belə kadrların fəaliyyəti dövlət, dövlətçilik və mənsub olduğu komandaya yalnız ciddi uğurlar vəd edir. Liderlər isə Usubov kimi generalları pensiyaya buraxmağa təbii ki, razı olmurlar.

Bir də unutmayaq: Ramil Usubov Heydər Əliyevin general etdiyi kadrdır.

Bu cür kadrlar indi heç də çox qalmayıb!

Qeyd: Təsəvvür etmək belə çətindir ki, DİN sistemində ən yüksək vəzifədə illərlə çalışan, ömrünü residivistlərin zərərsizləşdirilməsinə, kriminalların yox edilməsinə xərcləyən bir peşəkar nə qədər mənəviyyatlı, ürəyiyumşaq, hissiyyatlı biridir.

Bəlkə, adı çəkiləndə ürəyimiz titrəyən Xocalıdan olduğu üçündür?..

Şəxsi həyatımızda müşahidə etdiyimiz bu çalarları yazmaq üçün hər zaman R.Usubovun pensiyaya çıxmasını gözləmişik – daha səmimi anlaşılması üçün.

İnşallah, qismət olar.

Qeyd: Yeri gəlmişkən, o cür müsbət xarakter sahibindən biri də digər Usubovdur – Rüstəm Usubov!

Usubovlar haqda zamanı çatanda yazmaq arzusu ilə...

2019.06.21

Tarix
2021.12.22 / 12:44
Müəllif
Anar Niftəliyev
Oxunub
30 683
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla