Yuxarı

"İmamoğlunun qələbəsi Ərdoğanın xeyrinə olacaq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İmamoğlunun qələbəsi Ərdoğanın xeyrinə olacaq"

CHP-nin namizədi Əkrəm İmamoğlunun İstanbulda keçirilən bələdiyyə seçkisini qazanması, Prezident Rəcəb Tayyib Ərdoğanın nüfuzuna mənfi təsir etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Kahramanmaraş Universitetinin professoru, azərbaycanlı politoloq Toğrul İsmayıl deyib.

Türk KİV-ə açıqlama verən politoloq hesab edir ki, müxalifətin seçkidə qalib gəlməsi Ərdoğanın daxili reytinqini yüksəldə bilər:

“Əlbəttə, müxalifət önəmli bir seçkini qazandı. Lakin düşünürəm ki, bu həm də, Ərdoğanın qarşısında yeni yol açacaq, öz iqtidarını gücləndirmək üçün fürsət yaradacaq. Buna görə də, bələdiyyə seçkilərinin nəticəsi iqtidar partiyasının lideri olaraq, Ərdoğanı motivasiya etməlidir, bu, dəyişiklik gənclərin diqqətini cəzb edəcək.

Ərdoğan uzun zamandır iqtidardadır, tənqidlərə baxmayaraq, müxalifət üzərindəki nüfuzunu gücləndirməyi bacardı. Ərdoğan təcrübəli siyasətçidir və öz xarakterini itirmədi. Türkiyə onsuz da, prezident idarəetmə sisteminə keçib və bələdiyyənin səlahiyyətləri o qədər də önəmli deyil”.

Dünən İstanbulda keçirilən bələdiyyə seçkisində müxalifət partiyası CHP-nin namizədi Əkrəm İmamoğlu qalib gəlib. O, bu prosesdə iqtidarda olan AKP-nin namizədi Binəli Yıldırımı məğlub edib.

Tarix
2019.06.24 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla