Yuxarı

Zakayevdən şok: Putin 7 il öncə niyə Qafqaza gəlmişdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı müxalif lider Boris Nemtsovun qətli hələ 2012-ci ildə Rusiya Prezidenti Vladimir Putin, Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotov və Çeçenistan rəhbəri Ramzan Kadırovun iştirakı ilə hazırlanırdı.

Axar.az xəbər verir ki, bu sözlər İçkeriyanın mühacirətdəki hökumətinin rəhbəri Əhməd Zakayevin Nemtsovun qətli ilə bağlı 2018-ci ildə vəkil Vadim Proxorova verdiyi ifadədə yer alıb. İfadənin protokolu ilk dəfə 7 iyulda ATƏT Parlament Assambleyasının Lüksemburqdakı sessiyasında təqdim edilib. Zakayev 2012-ci ildə Nemtsova qarşı hazırlanan sui-qəsddən ilk xəbəri olan şəxslərdən biri olduğunu bildirib:

“Rusiya müxalifətinin liderinə qarşı hazırlanan plan barədə 2012-ci ilin fevralın əvvəlində xəbər əldə etdim. Bu informasiya Ramzan Kadırov və Rusiya Dumasının deputatı Adam Delimxanovun yaxın əhatəsindən gəlirdi. 2011-ci ilin sonunda Moskvada kütləvi etiraz aksiyalarının başlamasından sonra o zaman hökumət rəhbəri Vladimir Putin özünün Təhlükəsizlik Xidmətinin rəhbəri Viktor Zolotovla birgə Çeçenistana uçdu. Onlar burada üç gün qaldılar. Putin Çeçenistana Moskvada gözlənilən etirazların yatırılması üçün Əhməd Kadırov adına alayın bölüyünün paytaxta atılması üçün getmişdi. Gənc çeçenlər öz valideynləri ilə vidalaşanda Moskvaya konstitusion nizamın bərpası üçün Moskvaya getdiklərini deyirdilər”.

Zakayev Putinin Çeçenistanı tərk etməsindən iki-üç həftə sonra Rusiya müxalifətinin liderlərinin məhvi ilə bağlı ölkə rəhbərliyinin plan hazırlamasıyla bağlı birbaşa Çeçenistandan məlumat aldığını deyib:

“Məhz Boris Nemtsov və Harri Kasparovun fiziki məhvi, Sergey Udalçov və Aleksey Navalnının isə saxta cinayət işi ilə həbsi hazırlanırdı. Mən bu informasiyaya ciddi yanaşırdım, çünki mənbə çox etibarlı idi və ondan əvvəllər də gələn məlumatlar təsdiqlənmişdi. Rusiya müxalifətinin liderləri ilə əlaqə qurmaq və onları gözlənilən təhlükə barədə xəbərdar etmək qərarı verdim. Nemtsov və Kasparov Moskvada idi. Onlarla birbaşa əlaqəm yox idi. Bunun üçün Çeçen İçkeriya Respublikasının Norveçdəki fəxri konsulu İvara Amundsendən onlarla əlaqəyə girməyi və Osloda görüşümüzü təşkil etməyi xahiş etdim. Bir gün sonra Amundsen mənlə əlaqə quraraq, Andrey Piontkovski ilə danışdığını və yaxın zamanlarda Piontkovski ilə Nemtsovun Osloda olacağını dedi”.

Siyasətçi fevralın 28-də Osloda adı çəkilən siyasətçilərlə görüşdüyünü söyləyib:

“Mən onlara yuxarıda dediyim informasiyanı verdim və bu istiqamətdə narahatlığımı ifadə etdim. Müzakirə zamanı biz Putin və Zolotovun onların məhvi üçün Kadırovun qüvvələrindən istifadə edəcəyi variantı ətrafında danışdıq. Söhbətimizin sonuna yaxınlaşdıqca mənə elə görünürdü ki, həmsöhbətlərim hadisələrin belə inkişafı imkanlarına inanmırlar. 29 fevralda Piontkovski mənə zəng etdi və Putinin çıxışı zamanı müxalifətçilərə qarşı cinayət hazırlandığını söylədi, bununla həm də mənim informasiyamı təsdiqləmiş oldu. Bundan sonra bir daha Nemtsovla görüşmədim”.

Zakayev Nemtsovun qətlinin 2012-ci ildə reallaşdırılmadığını, buna əsas səbəbin isə Putinin Qərblə münasibətləri düzəltməyə hələ də ümid etməsi olduğunu söyləyib:

“2014-cü ildə Qərblə münasibətlər tam pozuldu və Nemtsova münasibətdə plan reallaşdırıldı. Mən əminəm ki, Nemtsovun qətlinin arxasında birbaşa Putin dayanır. Kadırovun onu ortadan götürülməsi üçün heç bir səbəbi yox idi. Nemtsovu qətlə yetirməklə onlar Zolotov və Rusiya liderinin əmrini icra edirdilər”.

Qeyd edək ki, Nemtsov 2015-ci ilin fevralın 27-də Kreml yaxınlığında qətlə yetirilib. Onun qətlinə görə indiyə qədər 5 nəfər həbs edilib. İstintaq hələ də qətlin sifarişçilərini müəyyənləşdirə bilməyib.

Tarix
2019.07.08 / 23:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Mehriban Əliyeva Prezidenti bu sözlərlə təbrik etdi

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla