Yuxarı

Tramp İranı çoxdan vurmalıydı – Trofimçukdan sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar İranla ABŞ arasında yaşanan gərginlik İngiltərə tankerinin saxlanılması ilə pik həddə çatıb. ABŞ-ın Dövlət katibi Mayk Pompeo Vaşinqtonun təhlükəsizliyin təmin olunması məqsədilə digər ölkələrlə birlikdə İrana qarşı yeni koalisiya yaradacağını və Hörmüz boğazında patrul aparacağını bəyan etdi.

Bu koalisiyanın yaradılması nələri dəyişəcək? Sözügedən koalisiyanın fəaliyyəti gələcəkdə real hərbi toqquşmalara gətirib çıxara bilərmi?

Axar.az bu sorğu ilə dünya ekspertlərinə müraciət edib.

Hindistanlı siyasi ekspert, Manipal Akademiyası rektorunun elmi işlər üzrə müavini Moniş Turanqbam:

“ABŞ və İran arasındakı münasibətlər hər zaman dəyişkən və kəskin olub. Bu iki ölkə arasındakı uzanmaqda olan inamsızlıq atmosferinin Orta Şərqdə sülh və sabitliyə böyük təsiri var. İranın mübahisəli nüvə proqramı ABŞ–İran arasındakı ixtilafların mərkəzində dayanır. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə nüvə müqaviləsinin imzalanması ilə bəzi ümid işartıları görünməyə başladı. Lakin Tramp Adminstrasiyası İrana genişmiqyaslı sanksiyalar tətbiq etməklə razılaşmadan çıxdı.

Həm ABŞ, həm də İran bir-birini Yəmən və Suriya kimi konflikt zonalarındakı maraqlarına ən böyük təhdid olaraq görür. Rəsmi Vaşinqton İranı terror fəaliyyətlərini dəstəkləməklə ittiham edərkən, İran hökuməti də öz növbəsində ABŞ-ın sanksiyalarını “iqtisadi terrorizm” adlandırır.

Son zamanlarda Hörmüz boğazında neft və qaz ticarətinin əsas xəttinin ələ keçirilməsi uğrunda ABŞ və İran arasında real hərbi qarşıdurmaların baş tuta bilməsi qorxuları meydana gəlib. ABŞ-ın Dövlət katibi Mayk Pompeo İrana qarşı Hörmüz boğazında koalisiya quracaqlarını bəyan edib. İrana qarşı yaradılacaq bu koalisiyaya Səudiyyə Əsəbistanı kimi İranla şəxsi ədavəti olan ölkələri cəlb etmək çətin olmasa da, Pompeonun layihəsinə İranla “qılınc döyüşü”nə girməyə çox də həvəsli olmayan bir sıra Asiya və Avropa ölkələrinin qoşulması asan olmayacaq.

ABŞ-ın əsas tərəfdaşları və müttəfiqləri Tehrana qarşı yaradılacaq koalisiya ucbatından parçalanacaqlarmı?

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkiləri kampaniyası ərəfəsində ABŞ-ın Yaxın Şərqdəki xarici siyasətinin və İranla olan münasibətlərin hansı mərhələyə gəldiyi məlum olacaq. Qlobal qüvvə olan ABŞ və əsas enerji təminatçılarından olan İran kimi ölkələr arasındakı gərginliyin bu ölkələrlə bu və ya digər dərəcədə bağlı olan dövlətlər üçün də ciddi nəticələri olacaq”.

Rusiyalı analitik, beynəlxalq münasibətlər üzrə ekspert Qriqori Trofimçuk:

“Əvvəlcə onu qeyd etməliyəm ki, Tramp Amerikası hər zaman hər yerdə öz imzası ilə seçilir – siyasi zəifliyi ilə. Şimali Koreya, Türkiyə, Venesuela və İranla olan münasibətlərin hamısında bu özünü göstərir.

Ağ Evdə Pompeo və Bolton kimi hərbi cəhətdən güclü fiqurların olmasına baxmayaraq, onların yalnız bir taktikası var: geosiyasi rəqiblərinə qarşı təhdid və xəbərdarlıqlar!

Vaxt keçdikcə ABŞ-ın rəqibləri bunu görür və baş qaldırmağa başlayır. Hətta daha irəli gedərək rəsmi Vaşinqtona açıq ismarışlar da yollayır.

Məhz bu səbəbdən İran Qərb məhkəmələrini vecinə almamağa, ABŞ vətəndaşlarını həbs etməyə başlayıb. İran başa düşür ki, Tramp hansısa səbəbdən birbaşa hücuma keçməyə çəkinir. Obama Amerikası isə bunu dərhal edərdi.

Düşünürəm ki, Tehran Trampın Obamadan zəif olduğunu bütün dünyaya bəyan etsəydi, informasiya tonqalına odun atmış olardı. Çünki bu ABŞ-ın hazırkı prezidentinin zəif nöqtəsidir. Ancaq Tehranın öz mütəxəssisləri var, öz məsləhətlərimlə onların işinə qarışmayacağam.

Tramp yenə də İranı sözlə qorxutmağa çalışır. Mayk Pompeo bütün dünyaya Hörmüz boğazının Qərb koalisiyası tərəfindən patrulunun təşkil olunacağını elan etdi. Hə, nə olsun? Və əgər bu, həqiqətən ediləcəksə, İranın xammal ixracatının qarşısını almaq çətin olacaq, çünki bunu etmək prinsip etibarı ilə mümkün deyil.

Şimalda İran Rusiya və Xəzər dənizinə sahibdir. Bu amillər ən kritik iqtisadi vəziyyətdə olsan İrana blokadanı zəiflətmək üçün şərait yaradacaq. İran adada yerləşmir. Odur ki, onun cənub əlaqələrini məhdudlaşdırmaq o qədər də böyük bir şeyi dəyişmir.

Əgər Ağ Evdə oturan biznesmen deyil, həqiqi siyasətçi olsaydı, İranı çoxdan vurardı. ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra Tehran hər gün bir az da güclənir.

Buna görə də yaradılması nəzərdə tutulan Qərb koalisiyası İranı indi iqtisadi cəhətdən deyil, sırf hərbi mənada vurmaq niyyətindədir”.

Türkiyəli ekspert Engin Özər:

“İranın İngiltərə tankerlərini saxlaması diplomatik həmlə deyil, iqtisadi həmlə kimi qiymətləndirilməlidir. Bilirsiniz ki, neft qiymətlərinin yüksəlməsi üçün bu kimi qarşıdurmalar çox əhəmiyyətlidir. Hörmüz isə dünyanın ən önəmli neft marşrutlarından biridir. Ciddi bir qarşıdurma bu mənada neft qiymətlərini artırmağa yardımçı olur. Bu isə son dönəmlərdə İran üçün həyati əhəmiyyət kəsb edir. Bu səbəbdən baş verən hadisənin nə ilk, nə son olacağını təxmin etmək çətindir. İran gələcəkdə də bu kimi halları təkrarlayacaq.

Məsələyə ABŞ və Böyük Britaniya tərəfindən baxdıqda isə neft qiymətlərinin qalxması onlara da sərf edir. Çünki bu Çinin iqtisadi yüksəlişinə bir növ maneəçilik törədəcək. Eyni zamanda Rusiyanı böhrandan xilas edəcək. Hazırda bölgədə baş verənlərin müharibə riski yoxdur. Əsas məqsəd İranın bölgədəki təzyiqi yüksəltməklə iqtisadi böhrandan çıxmasına mane olmaqdır. Tramp Adminstrasiyası müharibəyə meyilli deyil. Odur ki, Pompeonun elan etdiyi koalisiya real müharibədə iştirak üçün deyil, embarqolar, sanksiyalar tətbiqi üçün yaradılacaq.

Hazırda ABŞ-ın taktikası İranın Yəməndə, İranda, Suriyada, Qafqazda, hətta Afrikadakı nüfuzunu zəiflətməkdir. Və bu proseslərin real hərbi əməliyyatlarla nəticələnəcəyini düşünmürəm”.

Tarix
2019.07.25 / 09:07
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Səfirimiz İranda Əli Musəvi ilə görüşdü

Azərbaycan İrana başsağlığı verdi

Mənə dedilər ki, Nikol səni Bakıya satacaq - Lapşin

MM sədri kim olacaq? - İki əsas namizəd

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı “narahat” etmədi

Ceyhun Bayramov ABŞ-a getdi

İlqar Məmmədov uduzdu və siyasətdən getdi

Bakının axtardığı, İrəvanda saxlanılan Lapşindən son xəbər

Bu qadınlar millət vəkili oldu - Siyahı

Blinkendən Əliyevə: Bu, nəyə nail ola biləcəyimizə sübutdur

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla