Yuxarı

Nikolun bu çıxışı savaş elanıdır - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikolun bu çıxışı savaş elanıdır - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində meydanda çıxışı zamanı “Arsax Ermənistandır” deməsi daxili auditoriyaya hesablanıb. Məsələn Paşinyan sonrakı cümləsində deyib ki, “qarabağlı”, “irəvanlı”, “icevanlı” yanaşmalarına son qoymaq lazımdır, “hamımız erməniyik”. Demək, ermənilər arasında açıq olmasa da, “irəvanlı” və “qarabağlı” ayrımı var ki, Nikol Paşinyan qarabağlıları qarşısında görmək istəmir. Halbuki, ona qarşı ən böyük gücü məhz Dağlıq Qarabağdan olan ermənilər formalaşdırıb.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi fikirlərlə bağlı deyib.

Onun sözlərinə görə, baş nazir bu durumu dəyişmək gücündə deyil, həmin ermənilər vaxtilə Levon Ter-Petrosyanı devirdilər, indi də Paşinyana qarşı blok formalaşdırırlar.

Politoloq bildirib ki, Paşinyanın Xankəndində erməni auditoriyasına hesabladığı çıxışdan asılı olmayaraq, rəsmi Bakı bu çıxışa iki şəkildə reaksiya verməlidir:

“Birincisi, beynəlxalq təşkilatlardan Paşinyanın çıxışına reaksiya tələb olunmalıdır. Çünki Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yanaşması danışıqların sona çatdırılması və müharibənin elanı anlamına gəlir. İkincisi, Azərbaycandan yüksək səviyyədə Paşinyanın “Arsax Ermənistandır” açıqlamasına ən azı bu şəkildə cavab verilməsi məqsədəuyğundur: “Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”.

Tarix
2019.08.05 / 23:21
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla