Yuxarı

Kreml Bakıya və İrəvana mesaj göndərdi - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son açıqlamasında həm Azərbaycana, həm də Ermənistana Moskvanın mesajlarını göndərib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib:

“Birincisi, rusiyalı diplomat Azərbaycan və Ermənistan təmas xəttində müşahidə olunan nisbi sakitlikdən məmnun olduqlarını deyib. Əslində bir neçə günü çıxmaq şərti ilə təmas xəttində elə bir sakitlik yoxdur, sadəcə Kreml boynumuza qoymaq istəyir ki, “atəşkəs var” və “onu pozmayın!”

İkincisi, Mariya Zaxarovanın sonrakı cümləsi maraqlıdır: “Tərəflərin fərqli bəhanələrlə qarşılıqlı ittihamlar irəli sürməyə davam etməsi narahatlıq doğurur”. Hansı “fərqli bəhanlərdən” söhbət gedir? Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndidə deyib ki, “Qarabağ Ermənistandır”. Rəsmi Bakı buna qəti şəkildə etiraz edib. Mariya Zaxarova rəsmi Bakının Paşiyanın təxribatına cavabınımı “qarşılıqlı ittiham” sayır? Hər halda bugünlərdə rəsmi Bakının İrəvana əsas ittihamı “Qarabağ Ermənistandır” ifadəsi ilə bağlı olub. Ancaq Paşinyanın konkret açıqlamasına Moskvadan münasibət yoxdur.

Üçüncüsü, Mariya Zaxarova yenə tərəflərə mesaj göndərərək, belə deyib: “... Belə ritorika danışıqlar prosesi üçün münbit şəraitin yaradılmasına və münaqişənin həlli üçün kompromislərin axtarışına mane olur”. Yəni rusiyalı diplomat demək istəyir ki, “bir-birinizi ittiham etdiyiniz qədər münaqişənin həllindən uzaqlaşırsınız”. Guya ki, qarşılılıq ittihamlar olmasa, münaqişənin həllinə yaxınlaşacağıq”.

Tarix
2019.08.09 / 18:24
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla