Yuxarı

Kərimlidən Kərimliyə: Belə uzaqgörən idinsə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpaqlarımızın işğal edilməsini kiminsə şəxsiyyəti ilə bağlamaq düzgün deyil.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Tahir Kərimli Əli Kərimlinin 7 rayonun ümumilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra işğal edilməsi barədə iddialarına cavab olaraq deyib. O, Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra gördüyü işləri xatırladaraq, mövcud vəziyyətin bu prosesin qarşısını almağa imkan vermədiyini bildirib:

“Bizim torpaqlarımız işğal altındadır. Ancaq hesab edirəm ki, erməni işğalını bir kənara qoyub, öz daxilimizdə əsassız iddialar gündəmə gətirmək lazım deyil.

Ötən axşam CBC televiziyasında Novruz Aslanov çox gözəl bir məsələdən danışdı. Dedi ki, Heydər Əliyev hakimiyyətə elə bir vaxtda gəldi ki, artıq şahmat taxtası üzərində bütün fiqurlar qurulmuşdu. Onun ancaq imkanı vardı ki, ikinci oyunda özü qrossmeyster kimi fiqurları qursun və qalib gəlsin. Mənə elə gəlir ki, bu obrazlı ifadə həmin dövrü ifadə etməyə çox uyğundur.

Heydər Əliyev hakimiyyətə gələndə keçmişin acı mirasları ilə üz-üzə qaldı. Heydər Əliyevin sayəsində “Əsrin müqaviləsi” imzalandı, Azərbaycana investisiyalar axmağa başladı, blokadadan çıxdıq və s.

Bütün bunlar Heydər Əliyevin o vaxtkı strateji xəttinin nəticəsi idi. Ancaq torpaqların itirilməsini Heydər Əliyevin adına bağlamaq yanlışdır. Əgər belədirsə, sual etmək olar ki, belə uzaqgörən idinizsə, qorxu hiss edə, təhlükəni irəlidən görə bilirdinizsə, onda hakmiyyəti niyə təhvil verdiniz, niyə qoyub qaçdınız? İndi özünüzün təqsirinizi başqasının üzərinə niyə atırsınız?

Bütün bunları nəzərə alaraq, Prezidentin köməkçisi Əli Həsənovun Əli Kərimliyə verdiyi cavabı tamamilə haqlı hesab edirəm”.

T.Kərimli torpaqların qaytarılması məsələsinin heç də asan olmadığını söyləyib:

“Qarabağ münaqişəsi hələlik həllini tapmayıb. Əli Kərimli və digərləri hakimiyyətə gəlsə, Qarabağ münaqişəsini həll edə, böyük dövlətlərin siyasətini neytrallaşdıra biləcəkmi?! Bu, çox çətin və ağır bir vəzifədir. Şəxsi qərəz və ya arqument xətrinə belə məsələləri gündəmə gətirmək lazım deyil”.

Millət vəkili son günlər müxalifətin ölkə başçısı haqqında yaydığı şayiələrə də münasibət bildirib:

“Əli Kərimlinin Prezidentə və dövlətə qarşı siyasəti heç də özünü doğrultmur. İlham Əliyev 16 ildir hakimiyyətdədir. Hər dəfə müxtəlif şayiələr yayırlar. Gah deyirlər, hakimiyyəti təhvil verməyə hazırlaşır, gah da deyirlər ki, xəstədir və s. Bəsdir, ayıbdır, bu nağılları qurtarın. İlham Əliyev dövlətimizin başındadır. Hətta ötən gün ölkə başçısı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul elədi.

Onun silahlı dəstələr yaratması barədə şayiələr yayırlar. Azərbaycanın bu boyda ordusu var. Onun nəyinə lazımdır ki, silahlı dəstə yaratsın? Bu formada dövlətə qara yaxmaq olmaz axı! Bu xalqın beynini niyə bulandırırsınız?

Həmişə təklif edirəm ki, iqtidar və müxalifət vahid bir milli ideya ətrafında birləşsin, barışıq edib, əl-ələ verib işləsinlər. Hazırda müxalifətin hakimiyyətə gəlmək şansı yoxdur. Bunu hər kəs bilir. Amma müxlifətdə çox dəyərli insanlar, kadrlar var. Heç olmasa, bu insanlar dövlət, xalq üçün faydalı işlər görə bilərlər”.

Tarix
2019.09.04 / 15:45
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla