Yuxarı

Bolton getdi: Trampın siyasəti dəyişir – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolton getdi: Trampın siyasəti dəyişir – Politoloq

Tramp administrasiyasında Con Bolton Yaxın Şərq və İranla bağlı konkret mövqeyi və nüfuzu olan siyasətçi idi və onun istefaya getməsi ABŞ-ın xarici siyasətində müəyyən dəyişikliyə səbəb olacaq.

Bu sözləri Axar.az-a politoloq Vüqar Zifəroğlu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun vəzifədən getməsi haqqında danışarkən deyib. O bildirib ki, Boltonun istefa verməsi Tramp administrasiyası daxilində gedən proseslərlə bağlı olan məsələdir:

“Əslində, Trampın Con Boltonu istefaya göndərməsi gözlənilən hadisə idi. Son aylar onunla Tramp arasında müəyyən məsələlərdə fikir ayrılıqları yaşanırdı. Bu da onun vəzifədən getməsinə səbəb oldu. Çünki Trampın apardığı siyasətdə onun fikirlərinə müxalif olan adamlara yer yoxdur”.

Politoloq bildirib ki, Boltonun vəzifədən getməsi ABŞ-ın Yaxın Şərq siyasətində köklü dəyişiklik yaratmasa da, müəyyən yumşalmalara səbəb ola bilər:

“Bolton, ümumiyyətlə, daha kəskin mövqeyi ilə seçilirdi, xüsusi ilə İrana qarşı münasibətdə. Amma Boltonun istefasından sonra ABŞ-ın İranla bağlı siyasətində müəyyən köklü dəyişiklik olacağını iddia etmək indiki məqamda doğru olmaz. Çünki Tramp prezident seçildikdən sonra ABŞ-ın Yaxın Şərq və İrana qarşı siyasətində Obama ilə müqayisədə daha sərt oldu. Obama daha çox uzlaşmaya meyilli idi, amma Tramp daha kəskin mövqe ortaya qoydu. Bu mənada düşünmürəm ki, Boltonun istefasından sonra hər hansısa köklü dəyişiklik olsun. Amma müəyyən qədər İran və Rusiya ilə münasibətdə yumşalmalar, əlbəttə də ki, ola bilər”.

Tarix
2019.09.12 / 09:08
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla