Yuxarı

AXCP Müsavatdan imtina edə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AXCP Müsavatdan imtina edə bilər

"Biz Müsavat Partiyası ilə hər hansı bir məsələləri müzakirə də bilərik, amma qəbul olunmuş qərarın müzakirəsindən söhbət gedə bilməz".

Bu sözləri AXCP sədrinin müavini Gözəl Bayramlı bu gün baş tutacaq AXCP- Müsavat arasında ikitərəfli görüşdə Müsavat Partiyasının Rüstəm İbrahimbəyovun fəxri sədr statusunun ləğvi barəsində AXCP funksionerləri ilə ehtimal edilən müzakirəsinə münasibət bildirərkən "Axar.az"a dedi. Gözəl Bayramlı həmçinin Müsavat Partiyasının Milli Şurada gələcək fəaliyyəti haqda AXCP qarşısında hər hansı bir şərt irəli sürəcəyi sualına da aydınlıq gətirdi:

"Müsavat Partiyası AXCP ilə Milli Şurada təmsil olunur və AXCP təmsil olunduğu qurumun qərarına hər zaman hörmətlə yanaşır. Rüstəm İbrahimbəyov da Milli Şuranın sessiyasında fəxri sədr seçilib. Müsavat Partiyası ilə bizim aramızda fikir ayrılığı yoxdur: müttəfiqik, eyni qurumda təmsil olunuruq. Hər kəsin fərqli mövqeyi ola bilər, bunu AXCP, Müsavat konflikti kimi qələmə vermək olmaz.

Qaldı Müsavatın AXCP qarşısında şərt qoymasına - mən bugünkü görüşdən elə bir şey gözləmirəm. Güman etmirəm ki, qəbul olunmuş qərarla bağlı belə bir şərt qoyulsun – nə Müsavat Partiyası onu edər, nə də AXCP özünə rəva görər ki, hər hansı bir şərt altında müzakirəyə getsin. Biz heç kimə şərt irəli sürə bilmərik, bizim partiyamızla da kiminsə şərtlə danışmasını qəbul edə bilmərik. Əgər belə bir şərt olarsa, çox ciddi problem yaranar".

Tarix
2013.12.13 / 11:13
Müəllif
İlqar Vəliyev
Digər xəbərlər

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla