Yuxarı

Onların Qarabağa qanunsuz səfəri yolverilməzdir - Sədr

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransa deputatlarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri yolverilməzdir. Biz digər üzv dövlətlərin bununla bağlı mövqe bildirmələrini istəyirik.

Axar.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə bildirib.

Komitə sədri qeyd edib ki, Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməli və bu təxribatlara ad verməlidirlər. Heç bir xalq silah gücü ilə digər xalqın müqəddəratını təyin edə bilməz. Azərbaycan torpaqlarının işğal olunması bütün dünyaya bəllidir. Eyni zamanda, bütün beynəlxalq təşkilatlar bilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlı əhali etnik təmizlənməyə məruz qalıb və hazırda Dağlıq Qarabağda heç bir azərbaycanlı yaşamır. “Bu gün qaçqın və məcburi köçkün vətəndaşlarımız Azərbaycanın 59 şəhər və rayonunda məskunlaşıblar. Belə olan halda ATƏT-in Minsk qrupunun həmsədrlərinin cinayətkar erməni rejiminin xeyrinə addım atması qəbuledilməzdir. Biz bunu pisləyirik və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərdən buna mövqe bildirilməsini gözləyirik”, - deyə Rövşən Rzayev vurğulayıb.

Tarix
2019.09.13 / 19:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla