Yuxarı

ABŞ səfiri ADU-da: rektorla müzakirə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 13-də ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycan Dillər Universitetinin (ADU) Bakı Amerika Mərkəzinin birgə əməkdaşlıq çərçivəsində ingilis dili müəllimləri üçün həyata keçirdiyi ənənəvi İngilis Dili Həftəsi son çatıb.

Axar.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer ilə görüşən ADU-nun rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla səfiri hər zaman universitetdə görməkdən məmnun olduğunu deyib. Rektor Kamal Abdulla qonağı “Səfir saatı” layihəsində tələbələrlə görüşməyə, onları maraqlandıran mövzularda müzakirələr aparmağa dəvət edib.

İngilis dili həftəsinin keçirilməsinin əlamətdar hadisə olduğunu deyən Kamal Abdulla bu kimi tədbirlərin universitetin təbliğində mühüm rol oynadığını bildirib. Bu tədris ilində qəbul göstəricilərinin yüksək olduğunu deyən rektor bu vəziyyətin universitetin nüfuzunun yüksəlməsində mühüm olduğunu diqqətə çatdırıb.

ADU-nun Serbiya, Macarıstan, Rusiya kimi ölkələrlə yeni əlaqələr qurduğunu deyən akademik ABŞ universitetlərinin də bu siyahıda yer alacağına, davamlı və səmərəli əlaqələrin yaranacağına ümid etdiyini söyləyib. Azərbaycanda Amerika mərkəzinin fəaliyyətindən danışan universitet rəhbəri Azərbaycanın da Amerikada tanıdılması məqsədilə ölkənin mədəniyyətini, tarixini, ədəbiyyatını təbliğ edən mərkəzlərin açılmasını təklif edib.

Akademik Kamal Abdulla Azərbaycan multikulturalizm dəyərlərindən də söz açıb. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olduğunu deyən rektor bu istiqamətdə ingilis dilində çap olunmuş və ya tərcümə olunmuş müxtəlif dərs vəsaitlərinin mövcudluğundan bəhs edib. O, bu sahədə əməkdaşlığın iki ölkə arasında elmi və tədris dairələrində yeni perspektivlərə yol açacağını qeyd edib.

İngilis dili həftəsinin elm həftəsi olduğunu deyən rektor siyasi partnyorların dilinin mənimsənilməsinin həmin xalqların mədəniyyətinə, həyat tərzinə, ədəbiyyatına daha yaxından bələd olmağa imkan yaratdığını qeyd edib. Azərbaycanın da tanıdılması istiqamətində mühüm addımların atıldığını deyən Kamal Abdulla dünyanın bu çağırışlara cavab verməsindən şad olduğunu söyləyib.

Universitetdə olmaqdan məmnun olduğunu deyən diplomat “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşün təşkil olunacağını bildirib. Səfir İngilis dili həftəsinin təşkilinə şərait yaradıldığı üçün universitet rəhbərinə və digər əməyi keçən şəxslərə təşəkkürünü bildirib.

Səfir fəaliyyəti dövründə əsas məqsədinin mübadilə prosesini genişləndirmək və ingilis dilinin tədrisini artırmaqdan ibarət olduğunu deyib. O, ingilis dilinin uğur əldə olunmasındakı müstəsna rolundan, gələcək nəsillərə ötürülməsindəki xeyrindən bəhs edib. İngilis dili həftəsi kimi layihələrin keçirilməsinin gələcək pespektivlərə yol açdığını diqqətə çatdırıb.

Görüş müəllimlərin mübadiləsi, təhsilin idarəedilməsində birgə layihələr haqqında müzakirələrlə davam edib.

Qeyd edək ki, 9-13 sentyabr tarixlərində Bakı şəhərində və Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəb və liseylər, universitetlərdən olan 109 müəllim Amerika Mərkəzində İngilis dili sessiyalarında innovativ metodlardan istifadə edərək praktiki ünsiyyət bacarıqlarını inkişaf etdiriblər. İnteraktiv sessiyalarda müəllimlər tədris planlarında video mühazirələrdən necə səmərəli şəkildə istifadə etmək, sosial medianın mənalı şəkildə sinfə necə inteqrasiya etmək və digər innovativ dərs metodlarının istifadə texnologiyalarının tətbiqini öyrəniblər.

Tarix
2019.09.13 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla