Yuxarı

Uşaqlarda, hamilə qadınlarda bu xəstəlik genişlənir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva çıxış edərək, təkliflər irəli sürüb. O, məktəblərdə keçirdiyi görüşləri zamanı məktəbyaşlı uşaqlar arasında skalioz və kifozların sayının artmasının müşahidə olunduğunu vurğulayıb:

"Böyüyən uşaqlar arasında skalioz və kifozların sayının artması onlarda gələcəkdə bir sıra xəstəliklərin əsasını qoyur. Seçki bölgəsində keçirdiyim görüşlər zamanı skalioz və kifozdan əziyyət çəkən uşaqların müalicəyə cəlb olunmasına çalışmışıq, lakin onun müalicəsi kifayət qədər vaxt və vəsait tələb edir. Bəzən isə əməliyyat etmək lazım olur, bu isə çox ağrılı prosesdir. Ona görə MM-in Elm və təhsil komitəsini və Səhiyyə komitəsini, Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələrini dəvət edərək, məktəbyaşlı uşaqlar arasında skalioz və kifoz hallarının artması məsələsini birgə müzakirə etməyə, bu səxtəlikdən əziyyət çəkən uşaqların müalicəyə və müayinəyə cəlb edilməsi kimi məsələləri müzakirə etməyə çağırıram".

Millət vəkili Paşayeva unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirməyi təklif edib:

"Bir sıra xarici ölkələrdə anemiyanın qarşısının alınması məqsədilə unun zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə hamilə qadınlarda və yeni doğulacaq uşaqlarda anemiya halları artmaqdadır, bunun qarşısının alınması üçün unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, bu məsələnin ciddi şəkildə həllinin tapması vacibdir və komitə tərəfindən aidiyyəti qurumlara müraciət edilməsinə ehtiyac var".

Q.Paşayeva eyni zamanda "Reproduktiv sağlamlıq haqqında" qanunun payız sessiyasında qəbulunun vacibliyini qeyd edib:

"Yüzlərlə sonsuzluqdan əziyyət çəkən ailələr bu qanunun qəbulunu gözləyirlər, ona görə də bu qanunun payız sessiyası zamanı qəbul edilməsinə çağırıram".

Q.Paşayeva ictimai yerlərdə tütün məmulatlarından istifadənin qadağan edilməsi haqqında yüksək səviyyəli qanunun qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlərin olduğunu deyib.

Millət vəkili antibiotiklərin həkim resepti olmadan satılması məsələsini bir daha qaldırıb, antibiotiklərin reseptsiz satılmasının gələcəkdə səbəb ola biləcəyi fəsadları vurğulayaraq bununla bağlı təkrar müzakirələrin aparılmasını təklif edib.

Millət vəkili bildirib ki, Səhiyyə komitəsində hazırlanan "İnsan orqanlarının donoru və transplantasiyası haqqında" qanunun payız sessiyasına çıxarılaraq müzakirə olunaraq qəbul olunması vacibdır.

Q.Paşayeva narkomaniyadan əziyyət çəkən insanların həyata qaytarılması və xilas edilməsi, bu bəladan qurtulması ilə bağlı çağırış da səsləndirib.

Q. Paşayeva daha sonra vərəm xəstələri ilə bağlı məsələyə toxunaraq, bildirib ki, xüsusilə də bu xəstəlikdən əziyyət çəkənlərə dəstək göstərilməsi, onların əlilliyə çıxa bilməsi ilə bağlı prosedurlar sadələşdirilməlidır.

Tarix
2019.09.18 / 21:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla