Yuxarı

Bu sadizmdir: Sunayın ayağı sınanda... - Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir ata övladlarının gözü qarşısında onların analarını döyürsə, yer və göy həmin kişini haqlı saysa belə, o kişi özünü haqlı saysa belə, uşaqlar həmin ataya qarşı mövqe tutmağa başlayır, uşaqlar ananın tərəfini tutur.

Axar.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor, tanınmış ekspert Fərhad Mehdiyev deyib. Professor bildirib ki, uşaqların analarını müdafiə etməsi həm instinktiv olaraq, həm də qorxu səbəbilə tam psixoloji hadisədir:

“Bu hipotez o vaxt tətbiq olunmur, yəni təsrini göstərmir ki, ana da uşaqlarını ara-sıra döysün. Əgər ana da uşaqlarını döyürsə, onda şiddət uşaqların gözündə "normal" bir şey kimi qəbul olunur”.

Professor həmçinin vurğulayıb ki, insanlara qarşı zor və şiddət törətmək yolverilməzdir. Qonşuluğunuzda, qohumluğunuzda, dostluğunuzda kimsə başqasına sistematik şiddət tətbiq edirsə, buna susmayıb müdaxilə edin:

“Tam səmimiyyətimlə deyirəm ki, qonşumun evində uşağın döyüldüyünü və bunun 2 dəqiqədən uzun, ya da dəfələrcə baş verdiyini eşitsəm, gedib qapısını döyüb nəyin baş verdiyini soruşaram.

Sual yaranır ki, Sunayın ayağını qipsdə görənlər, daha sonra onun çəliklə axsayaraq yeridiyini görənlər hardadır? Niyə zamanında onlar bu işi araşdırmamış, səbəbini üzə çıxarmamışlar?

Hər halda, 12 yaşda bir qızın dizini qəsdən sındırmağın adı sadizmdir, törədənin də psixi pozuntu yaşadığı dəqiqdir. Niyə bu cür ailələrə kənardan yardım olunmur?”

Tarix
2019.09.21 / 16:09
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla