Yuxarı

Qəhrəmanlı olayında qısqanclıq səbəbi kimdir? - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəhrəmanlı olayında qısqanclıq səbəbi kimdir? -

01:47

Tanınmış jurnalist Mir Şahin də “Mir Şahin vaxtı” verilişində AXCP sədrinin artıq sabiq müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun atasından imtina etdiyi və onun fiziki təzyiqlərinə məruz qaldığı haqda yazdıqlarına reaksiya verib.

Axar.az xəbər verir ki, S.Yağmur “Anamın boşanma çabalarının (ki bunun şiddətdən kənar ayrıca iyrənc səbəbləri var, sadəcə, bu səbəblər insanın şəxsi məsələsidir, mənim mövzuma heç bir dəxli yoxdur)” sözlərini işlətmişdi və burada diqqət həm də qısqanclıq məsələsinə çəkilmişdi.

Mir Şahin bu məqamla bağlı öz informasiyalarını bu cür təqdim edib:

“Bilirəm ki, ailə-məişət zəminində baş verən bu hadisənin mahiyyətində qısqanclıq durur. Gültəkin Hacıbəylinin statusundan misal çəksək və onun Fuad timsalında insansevərliyinə keçsək, belə bir fraqmentlə rastlaşa bilərik: “Bu gün o qədər ağırlıq hiss edirəm üzərimdə! Düşünmək ağırdır, yazmaq ondan da ağırdır... Allah balanı ataya, qadını ərə, qardaşı bacıya düşmən edən, evlənmək istəyənin evlənmək, boşanmaq istəyənin boşanmaq imkanını əlindən alan... sistemə lənət etsin!”

Burda bir fikir var, evlənmək istəyənin evlənə bilməməsi. Gültəkinə aiddir. Amma məni bu ştrix maraqlandılrmır. Baxmayaraq ki, burda Gültəkinin evlənmək istədiyi və evlənə bilmədiyi səbəblər üzərində bir siyasi şou-biznes təhqiqatı aparmaq olardı. Amma bircə məsələ mütləq qeyd olunmalıdır ki, qısqanılan üçüncü bucaq Gültəkin Hacıbəyli ola bilərdi. Bu hekayətdən Milli-milsiz bütün Şurada məlumat var. Əli Kərimli isə həm Fuadı, həm Gültəkini qorumalıydı. Günahların bəyi. Sağdış da var, soldış da. Cəfər Cabbarlı üçün əla bir Aydın senarisi. Yaraqlarına, yarpaqlarına zəhər damcılanmış Qəhrəmanlar.

Sevgi azaddır. Evli olmayan bir qadının da özünə xoşbəxtlik axtarmaq kimi haqqı var. Qadına şiddəti qınayaraq başqa bir qadının sevgi haqqını ayaqlamayaq. Yəni işimiz bunda deyil...”

Tarix
2019.09.23 / 08:52
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla