Axar.az
Yuxarı

Axar.Az Logo

Lavrov işarə etdi: Nikol II Aprel zərbəsi ala bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ermənistan münasibətlərində soyuqluğa dəlalət edən səbəblər və şərtlər son il yarımda özünü aşkar göstərir. Belə hallardan sonuncusu məhz Rusiya Prezidentinin İrəvana səfəri zamanı nəzərə çarpdı.

Bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Siyasi Analiz Mərkəzinin (CPAC) direktoru Əhməd Əlili Rusiya Prezidenti Vladimir Putinin İrəvan səfəri və “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Qarabağla bağlı səsləndirilmiş fikirləri təhlil edərkən deyib.

Politoloq Paşinyanın Rusiya lideri ilə səmimi görüntü yaratmaq üçün əlindən gələni etdiyini bildirib:

“Putinin əvvəldən Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyəcəyi elan olunsa da, Nikol protokol qaydalarını pozaraq, Rusiya Prezidenti ilə görüşdü. Protokol qaydalarına görə, ölkəyə gələn ən yüksək səviyyəli qonağı heç bir halda ölkənin Prezidenti və ya Baş naziri qarşılamamalıdır. Paşinyan isə protokol qaydalarını pozmaq naminə də olsa, Putinlə görüşərək, rus liderin onun dəstəkçisi olduğu görüntüsünü yaratmağa çalışdı. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun “Valday” klubunda Dağlıq Qarabağla bağlı çıxışı da Putinin İrəvanda göstərdiyi münasibətin davamıdır. Lavrov Putinin Paşinyana olan münasibətini bilir. Ona görə də “Valday” forumu zamanı Putin xəttinə müvafiq olaraq Ermənistana soyuq münasibət göstərməyə çalışdı”.

Ekspertin sözlərinə görə, hətta Paşinyan öz bəyanatlarını ciddiyə almasa belə, Putin onun açıqlamalarının doğuracağı ciddi nəticələrin fərqindədir:

“Paşinyan Qarabağla bağlı bəyanat verdikdən sonra Azərbaycan ATƏT-in Minsk Qrupu ölkələrinə müraciət edərək, Xankəndidə səslənən fikirlərə münasibət bildirmələrini istəmişdi. Uzun müddət sükut olsa da, məsələ ilə bağlı ilk reaksiyanı Rusiya tərəfi verdi. Bir qədər əvvəl Rusiya XİN sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi fikirlər və daha sonra Lavrovun çıxışı birmənalı olaraq göstərdi ki, Rusiya Xankəndidə səsləndirilmiş fikirlərin ciddiliyini daha aydın başa düşür. Paşinyan ola bilsin, dediklərini daxili auditoriyanı ələ almaq üçün səsləndirilmiş fikirlər kimi qəbul edir, lakin onun söylədikləri faktiki olaraq, danışıqlar prosesini məhv edir. Sonuncu dəfə belə hadisə 2011-ci ildə Kazan sammiti zamanı baş vermişdi. Tərəflər sülh razılığı əldə etməyə çox yaxın olsalar da, sonda alınmamışdı. 2011-ci ildə sülh prosesi məhv olduqdan sonra 2014-cü ilin avqust hadisələri, Ermənistan helikopterinin vurulması, daha sonra 2016-cı ilin aprel hadisələri baş verdi. Yəni Rusiya başa düşür ki, danışıqlar prosesinin məhvi çox ciddi fəsadlara səbəb ola bilir. Rusiya cənub sərhədlərində sabitliyi qoruyub saxlamaq üçün Ermənistana qarşı kəskin ifadələr səsləndirməyə və Paşinyanın bəyanatlarının ağır nəticələnə biləcəyini onlara başa salmağa məcburdur. Lavrov “Valday” klubunda çıxışı zamanı bildirdi ki, Rusiya regionda hərbi münaqişə gözləmir. Bu, o deməkdir ki, Rusiya Dağlıq Qarabağda müharibə olmasını istəmir. Belə olan halda şimal qonşumuz Ermənistan üzərində təzyiq elementləri formalaşdırmalı və ilkin mərhələ kimi Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarılmasını təmin etməlidir”.

Politoloq Rusiya XİN başçısının ATƏT-in Minsk Qrupu ilə bağlı dediklərinə də münasibət bildirib:

“Lavrov düzgün vurğuladı ki, ATƏT-in Minsk Qrupu yeganə formatdır ki, iştirak edən bütün tərəflər münaqişə ilə bağlı ortaq mövqeyə malikdir. Məsələn, Ukrayna, Gürcüstan və ya digər ölkələrdəki münaqişələrdə iştirakçı tərəflərin ortaq mövqeləri yoxdur. Bu elə bir məqamdır ki, Dağlıq Qarabağ münaqişəsinin həllini həm çox sürətləndirə, həm də zəiflədə bilər”.

Ekspert Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışının önəmindən də bəhs edib:

“Cənab Prezidentin səsləndirdiyi fikirlərin üstünlüyü ondan ibarətdir ki, onun dedikləri daxili yox, beynəlxalq auditoriyada səsləndirildi. Prezident fikrini birbaşa dünya, xüsusilə də postsovet məkanındakı intellektuallara çatdırdı. Bu da həmin çıxışın əhəmiyyətini qat-qat artırır. İham Əliyev çıxışı ilə göstərdi ki, kəskin reaksiya verən tərəf Azərbaycan deyil. Azərbaycanın qəti addım atmasına səbəb Ermənistanın təxribatlarıdır. Ölkə başçısı beynəlxalq ictimaiyyət qarşısında vurğuladı ki, Ermənistan Azərbaycanı məcbur edir ki, getdikcə kəskin mövqe nümayiş etdirsin.

İlham Əliyevin sözügedən çıxışı Azərbaycanın hesabına yazılacaq baldır”.

Tarix
2019.10.06 / 10:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İrəvanda doğrudanmı qiyam baş verir? - Kuznetsov

Çavuşoğlu: Ermənistanda stabillik Qarabağ üçün vacibdir

Ordu ayağa qalxdı: Rusiya Nikolu cəzalandırır – Video

Ordu hərəkətə keçdi: Paşinyan devrilə bilər? – İsti şərh

Fransız jurnalist Xocalıdan nələr yazmışdı? - Şəntop

Felgenhauer: Nikol "İsgəndər" məsələsində haqlıdır

Quliyev saxlanılan erməni terrorçularından danışdı

Ermənistanda və Qarabağda dağılan kəndlərimizin sayı...

Qasparyan: Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim - Video

İtaliyada Xocalı soyqırımını pisləyən sənəd qəbul olundu

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla