Yuxarı

Məmmədyarov Zərif və Elvinlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.10.23 - 18:36

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər iki ölkənin dövlət başçıları arasında olan qarşılıqlı hörmət və etimadın Azərbaycan-İran münasibətləri üçün həlledici rol oynadığını söyləyiblər. Bu xüsusda, iranlı nazir Azərbaycan tərəfinə qonaqpərvərliyə və Qoşulmama Hərəkatının Zirvə Görüşünü yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürünü bildirib.

Söhbət əsnasında uğurla inkişaf edən regional əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarının geniş perspektivlər açdığı qeyd edilib. Bu mənada bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat dəhlizləri, o cümlədən dəmir yollarının gözəl fürsətlər yaratdığı vurğulanıb.

Görüşün sonunda nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

***

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq nazirinin müavini Elvin Bots ilə görüşüb.

Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğuladılar.

İki ölkədə qarşılıqlı qaydada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin Azərbaycan- CAR münasibətlərinin inkişafında və siyasi təmasların saxlanılmasında oynadığı vacib rolu qeyd edən həmsöhbətlər onların mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə dair əminlik ifadə etdilər.

Qeyd olundu ki, həyata keçirilən qarşılıqlı ikitərəfli səfərlər və beynəlxalq forumlar çərçivəsində uğurlu əməkdaşlıq hər iki ölkənin mənafelərinə uyğun olaraq uğurla davam etdirilir. Bu mənada, Nazir E.Məmmədyarov CAR-a etdiyi səfəri bu əməkdaşlığın bariz nümunəsi kimi xatırladı.

Sonra E.Məmmədyarov Afrika İttifaqı ölkələri arasında CAR-ın Azərbaycan üçün əsas tərəfdaşlardan olduğunu məmnuniyyətlə qeyd edərək, enerji və digər sahələrdə əməkdaşlığa əlavə təkan verilməsinin vacibliyini qeyd etdi.

CAR rəsmisi, öz növbəsində, ticarət əlaqələrinin daha da fəallaşdırılmasının əhəmiyyətini vurğuladı.

Nazir E.Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirdi.

Bununla yanaşı, tərəflər qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Tarix
2019.10.24 / 01:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla