Yuxarı

Rövzət Qasımova yüksək vəzifə verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rövzət Qasımova yüksək vəzifə verildi

Məzahir Pənahovun sədrliyi ilə oktyabrın 23-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Axar.az-a bildiriblər ki, əvvəlcə MSK sədri Məzahir Pənahov Rövzət Afət oğlu Qasımovun MSK üzvü təyin olunması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 22 oktyabr tarixli Qərarını Komissiya üzvlərinin diqqətinə çatdırıb.

Sonra sədr Məzahir Pənahov Rövzət Qasımovun MSK sədrinin müavini vəzifəsinə seçilməsini təklif edib. Bildirib ki, R.Qasımov 22 ildir MSK-da işləyir, bu müddət ərzində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonradan Katibliyin müdiri vəzifəsinədək yüksəlib. Fəaliyyəti boyunca aidiyyəti dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri ilə sıx qarşılıqlı faydalı münasibətlər formalaşdıraraq daim peşəkarlıq nümayiş etdirib. Komissiyanın beynəlxalq əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində böyük rolu olub. Xarici ölkələrə səfərlərdə və qatıldığı bütün beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edib.

Komissiya üzvləri R.Qasımovun sədr müavini vəzifəsinə seçilməsinə yekdilliklə səs verib və qərar qəbul edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunub və cari məsələlərə baxılıb.

Tarix
2019.10.23 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov bacısının vəfatına görə Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla