Yuxarı

Prezident müşavirədə islahat konsepsiyasını bəyan etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:05

Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri kimi fəaliyyətinə son verilməsi “uzaqlaşdırma addımı” kimi təqdim oluna bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Azadlıq” radiosuna müsahibəsində deyib. O bildirib ki, Ramiz Mehdiyev hələ sovet dövründən Azərbaycan üçün önəmli işlər görüb:

“Dövlət rəhbərinin Ramiz müəllimi qəbul edərkən söylədiyi fikirlər, arqumentlər bazasından çıxış etsək, biz istər sovet dövründə, istər Heydər Əliyevin rəhbərliyi zamanında Ramiz Mehdiyevə verilən dəyəri, o cümlədən son 16 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında onun gördüyü işləri və dövlət və dövlətçilik qarşısında olan xidmətlərini qabartmalıyıq. Bu isə gördüyünüz kimi, Ulu öndər Heydər Əliyevin adını daşıyan ordenlə mükafatlandırma ilə müşayiət olundu. Ramiz müəllimin öz sözləri ilə desək, bu orden hər bir dövlət adamının ən böyük arzusudur. Gördüyünüz kimi, hər kəs bu ordeni almır. Prezident İlham Əliyev söylədi ki, gənc kadrların idarəçiliyə cəlb edilməsi üçün bu addımları atmalıyıq. Mənim aləmimdə bu məsələni əlahiddə olaraq, hansısa bir siyasi konfrontasiya və dövlət idarəçilik sistemində parçalama, elitada olmayan vahidlik və s. kimi epitetlərlə qiymətləndirmək çox yanlışdır.

Hazırda dinc keçid baş verir və bu, ölkə rəhbərinin imzası ilə reallaşır. O qələmin mürəkkəbi istənilən fiziki toqquşmalardan, hansısa mübarizələrdən qat-qat üstündür”.

Millət vəkili onu da qeyd edib ki, 2019-cu ili Azərbaycan həyatında köklü dəyişikliklər ili kimi xarakterizə etmək olar:

“Xatırladım ki, bu ilin yanvar ayında Prezidentin keçirdiyi müşavirədə bu dəyişikliyin konsepsiyası və onun strategiyası bəyan olunmuşdu. Özünün dərinliyinə, miqyasına, struktur tərkibinə, əhatəliliyinə və hədəfinə görə, bu, əvvəlki dönəmlərdən kəskin şəkildə fərqlənməkdədir. Artıq oktyabrın 15-də keçirilən müşavirədə Prezident aparmaq istədiyi dəyişikliyin açılımını dəqiqləşdirmiş oldu. İndi biz qarşımızda yeni bir hökumət görməkdəyik. Bu, məhz dövlət rəhbərinin də dilindən yeni hökumət kimi xarakterizə olundu. Bu, yalnız dəyişən adlardan ibarət deyil. 2015-ci ildən Eldar Mahmudovun istefaya göndərilməsi ilə başlayan və 2018-ci ildə prezident seçkiləri ilə yarısından çoxu dəyişmiş hökumət son addımlar sayəsində tamamilə yeni dizayna, yeni bir məsuliyyətə, yeni bir hədəflərə layiq görülüb”.

Tarix
2019.10.24 / 14:13
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla