Yuxarı

Bakını qarışdıran olay: Saranı arxivə kim buraxıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakını qarışdıran olay: Saranı arxivə kim buraxıb?

Amsterdam Universitetinin araşdırmaçısı Sara Krombaxın “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası ictimaiyyətdə geniş rezonans doğurub. Sözügedən monoqrafiya ingiliscədir və hazırda azərbaycanlı alimlər bu doktorluq dissertasiyasını analiz edirlər. Bu məsələdə ən çox diqqət çəkən məqam S.Krombaxın Bakıya səfər etməsi, Şərqşünaslıq İnstitutunda görüşlər keçirməsi və Azərbaycan arxivlərinə birbaşa giriş imkanı əldə etməsidir.

Mütəxəssislərin ilkin qənaətinə görə, bu şəxs sanki bir “agent” kimi Azərbaycan arxivlərinə sızıb və hansısa sənədlərdən öz məqsədləri üçün istifadə edib. Bununla oradakı arxiv sənədlərinin taleyi də sual altına düşür.

Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Axar.az-a açıqlamasında bu barədə danışmağa vaxtı olmadığını bildirib.

Məsələ ilə bağlı AMEA Tarix İnstitutuna sorğu göndərilib.

Qeyd edək ki, kitabın birinci hissəsində Azərbaycan tarixinin atası sayılan akademik Ziya Bünyadovun “Perestroyka”(1980-ci illərdəki SSRİ) illərinə qədərki həyat hekayəsindən bəhs edilib. İkinci hissədə eyni dövr ərzində Azərbaycanın “saxta tarixinin yaradılmasında” Bünyadovun rolundan danışılır.

Kitabın üçüncü hissəsində “Perestoyka” illərində Bünyadovun həyat və fəaliyyəti, SSRİ-nin dağılması, Dağlıq Qarabağ münaqişəsi və müstəqilliyin ilk illərindən söhbət açılıb. Krombax Dağlıq Qarabağ müharibəsi illərində Azərbaycanda erməni əhalisinə qarşı törədilən “qırğın”lardan da yazıb.

Araşdırmada Azərbaycanla Rusiyanın elm adamları və Z.Bünyadovun həyat yoldaşı ilə söhbətlər, akademikin araşdırmaları, erməni araşdırmaçıların əsərləri və tarixi mənbələrdən istifadə edildiyi iddia edilib. Dissertasiyasının müdafiəsində Niderlandda yaşayan Leyla və Arif Yunusun, eləcə də 3 minə yaxın şəxsin iştirak etdiyi qeyd edilib.

Daha bir maraqlı iddia isə monoqrafiyanın başlığının provokativ seçilməsi, əslində isə elmi işin mahiyyətinin tamamilə fərqli olması ilə bağlıdır.

Sara Krombax bu monoqrafiyanın ərsəyə gəlməsində Azərbaycanın tarixçi alimi Altay Göyüşova, Leyla və Arif Yunuslara, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlıya, akademik Vasim Məmmədəliyevə, şərqşünas alim Fərda Əsədova, həmçinin Cəmil Həsənliyə təşəkkür də edib.

Mövzunu davam etdirəcəyik.

Tarix
2019.10.30 / 15:44
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla