Yuxarı

Cəbhədə atışma: iki erməni yaralandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün cəbhədə baş verən atışma nəticəsində 2 erməni əsgəri yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arçrun Ovanisyan yayıb. Onun sözlərinə görə, yaralanan hərbçilər 1987-ci il təvəllüdlü Qrişa Otaryan və 1967-ci il təvəllüdlü Surik Movsisyandır. Yaralılar İcevan hospitalına yerləşdirilib.

Ermənistan tərəfi əsgərlərinin diversiya əməliyyatının qarşısı alınarkən yaralandığını bildiriblər.

Qeyd edək ki, adları açıqlanan hər iki yaralı müddətdən artıq xidmətdə olanlardır. Erməni tərəfinin açıqlamamasına rəğmən, onların muzdlu, həmçinin zabit olmaları şübhəsizdir – çünki biri 1987, o biri isə 1967-ci il təvəllüdlüdür. Diversiya əməliyyatı isə adətən postlarda həqiqi hərbi xidmətdə olan hərbçilərə qarşı baş verir. Bu fakt bir daha sübut edir ki, Ermənistan MN əsgərlərinin yaralanmasının əsl səbəbini gizlədir.

Azərbaycan Müdafiə Nazirliyi bu gün saat 14 radələrində Ermənistana məxsus uçan aparatın Ağdam səmasında vurulduğu barədə açıqlama yaysa da, Ermənistanın bu iddiasına hələlik rəsmi açıqlama verilməyib.

Tarix
2015.01.29 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla