Yuxarı

“Televiziyalar bunu heç kəsin baxmadığı vaxtda verir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Televiziyalar bunu heç kəsin baxmadığı vaxtda verir”

Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında "Reklam haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Axar.az xəbər verir ki, yeni qanun qəbul olunarsa, ölkə teleməkanında bir sıra yeniliklərin şahidi olacağıq.
Belə ki, millət vəkilləri televiziyalarda sosial reklamların pulsuz olmağını tələb edib.

Millət vəkili Azay Quliyev "Reklam haqqında" yeni qanun layihəsi ilə bağlı danışarkən sosial reklamların birmənalı şəkildə pulsuz olmasını təklif edib. Onun sözlərinə görə, televiziya və radio kanalları bu maddədən istifadə edərək sosial reklamları pulla yayımlamağa üstünlük verəcəklər.

Millət vəkili Qənirə Paşayeva da sosial reklamın pullu olmasının əleyhinə çıxış edib. O qeyd edib ki, sabah istənilən televiziya kanalı bu maddəni əsas gətirərək dövlət qurumları tərəfindən təqdim olunan sosial reklamların yayımlanmasından asanlıqla imtina edə bilər: "Qanun layihəsində sosial reklamın pulsuz yayılması birmənalı şəkildə öz əksini tapmalıdır".

Millət vəkili Əli Məsimli isə televiziya və radio kanallarının sosial reklamları gecə saatlarında deyil, əhalinin televiziyalara daha çox baxdığı zaman yayımlamasını məqsədəuyğun hesab edib:

"Televiziya kanalları sosial reklamları əsasən gecə saatlarında yayımlayır. Lakin sosial reklamlar gündüz saatlarında yayımlanmalıdır ki, insanlar o reklamları görsünlər və o reklamların effekti olsun".

Millət vəkili Siyavuş Novruzov isə sosial reklamlarla bağlı konkret vaxtların müəyyən edilməsini məqədəuyğun hesab edib: "Sosial reklamların yayımlanması ilə bağlı konkret vaxtlar müəyyən edilməlidir. Televiziya kanalları bu vaxtın olmadığından istifadə edir. Düzdür, televiziya kanalları sosial reklamlarla bağlı götürdükləri öhdəlikləri yerinə yetirirlər, amma səhər saat 6-da, heç kimin televiziyaya baxmadığı vaxtda".

Bildirək ki, müzakirə olunan məsələlərdən başqa yeni qanun layihəsində alkoqollu içkilərin, abortun dərman preparatlarının, hərbi təyinatlı silahların reklamı, dərs vəsaitlərinin üzərində və açıq məkanda reklamın yerləşdirilməsi ilə bağlı bir sıra qadağalar və yeni qaydalar öz əksini tapıb.

Tarix
2015.02.02 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

Paşinyandan Konstitusiya ilə bağlı açıqlama

Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla