Yuxarı

İlham Əliyev və xanımı Bakı İdman Sarayında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev və xanımı Bakı İdman Sarayında

Fevralın 3-də Prezident İlham Əliyev və xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva "Bakubus" MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində, Bakı İdman Sarayında görülən işlərlə tanış olublar.

AzərTAc xəbər verir ki, dövlət başçısına avtobus deposu və təlim mərkəzində aparılan işlər barədə məlumat verilib.

Prezident İlham Əliyev Zığ gölünün kompleks bərpası layihəsi çərçivəsində görülən işlərlə də maraqlanıb.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilk Avropa Oyunlarında iştirak edən yüksək səviyyəli qonaqların daşınması üçün alınan "Mersedes" markalı mikroavtobuslara baxıblar.

Prezident İlham Əliyevə "Bakubus" MMC-nin İVECO markalı yeni avtobusları barədə də məlumat verilib. Bildirildi ki, ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alınıb.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı İdman Sarayında aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olublar.

Tarix
2015.02.03 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla