Yuxarı

Rus elitası artıq ermənilərə “adi yaramazlar” kimi baxır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu cür qərarların qəbulu zaman tələb edir, belə ki, hər bir ölkədə qanunvericiliyin nəzərdə tutduğu formal-büroktarik prosedurlar mövcuddur. Njdenin xatirə lövhəsinin dağıdılması qeyri-qanuni olardı, prokurorluğun lövhənin yığışdırılması barəsindəki sərəncamından sonra onu saxlamaq da həmçinin.

Bu sözləri Axar.az-a faşistlərlə əlbir olan Qaregin Ter-Arutyunyanın (Njde) Armavir şəhərində quraşdırlımış xatirə lövhəsinin sökülməsi xəbərini şərh edən tanınmış rusiyalı alim, tarixçi Oleq Kuznetsov deyib.

“Bu prosesin içində olan bir şəxs kimi mən faşist Qaregin Njdenin abidələrinin sökülməsinin başlanılmasını çoxdan gözləyirdim. Rusiya və Azərbaycanın bir çox sakini kimi, mən də narazı olmağıma baxmayaraq, anlayırdım ki, boş sözlərlə və emosiyalarla vəziyyəti dəyişmək mümkün deyil. Ona görə də qarşıma bu abidənin sökülməsi məqsədini qoydum, bunun üçün kifayət qədər tarixi və hüquqi sübutlar toplanılmalı idi ki, yekunda da bu, həyata keçirildi. Bu sübutlar Moskvaya göndərildi və orada inzibati və siyasi cəhətdən ən yuxarı rəhbərliyə çatdırıldı, Njdenin lövhəsinin sökülməsi qərarı qəbul edildi”, - deyə həmsöhbətimiz qeyd edib.

Kuznetsovun sözlərinə görə, xatirə lövhəsinin sökülməsindən sonra Rusiyanın siyasi elitasına yaxın olan yüksək vəzifəli moskvalı dostları ona zəng edərək, bu lövhənin sökülməsi ilə üzərində “ermənilərin Rusiyaya əbədi sadiqlik” şüarları yazılmış “stereotip divarını” yıxmaq mümkün oldu.

“Artlıq Moskvanın yuxarı təbəqələrində ermənilər sadiq dostlar kimi deyil, özlərinin dedikləri kimi, “adi yaramazlar” olaraq qəbul edilirlər. Ermənilərin “qüsursuzluq” obrazı param-parça oldu və artıq Rusiyada digər kiçik Avropa xalqlarının təkəbbürlü millətçiliyi kimi, erməni millətçiliyinin tənqidi də mümkün olacaq. Azərbaycanın ideoloji qələbəsi də məhz bundan ibarətdir”, - deyə tarixçi vurğulayıb.

“Hadisələri qabaqlamaq istəmirəm, ancaq ilin sonuna qədər İrəvan Moskvadan Njdenin şəxsiyyətinə pərəstiş edilməsinin aradan qaldırılması barədə bildiriş alacaq. Njdenin hərəkətləri və şəxsiyyəti barədə ikili fikir ola bilməz. O, nasizm cinayətkarıdır və “tsexakron” adlı erməni nasizm ideologiyasının yaradıcısıdır. Onun kimi bir yaramaza heykəl qoyulmalı deyil”, - deyə Kuznetsov söyləyib.

“Armavirdə erməni faşistinin xatirə lövhəsinin sökülməsi Ermənistana qarşı analoji addımların ölkə ərazisində də həyata keçirilməsi tələblərini irəli sürməyə imkan verəcək. Və bu tələbləri yalnız Rusiya deyil, eyni zamanda MDB və KTMT kimi regional təşkilatlara üzv olan, Ermənistanla ortaq tarixi keçmişə malik ölkələr də irəli sürə biləcək”, – deyə həmsöhbətimiz fikrini tamamlayıb.

Tarix
2019.12.02 / 22:28
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla