16:26
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev "İnformasiya əldə etmək haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1140-IVQD
nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,
sərəncama əsasən "İnformasiya əldə etmək haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2014-cü il 16 dekabr tarixli 1140-IVQD nömrəli
Qanun qüvvəyə minir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "İnformasiya əldə etmək haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Dövlət
əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
2014-cü il 16 dekabr tarixli 1135-IVQD nömrəli Qanununun tətbiqi
haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1135-IVQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanun tətbiq
olunsun.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə də Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Hərbi
qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2014-cü il 16 dekabr tarixli 1130-IVQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən "Hərbi qulluqçuların dövlət icbari şəxsi
sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü
il 16 dekabr tarixli 1130-IVQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin Qanunun tətbiqi təmin olunub.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
2014-cü il 16 dekabr tarixli 1134-IVQD nömrəli Qanununun tətbiqi
haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən "Bələdiyyələrin statusu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının 2014-cü il 16 dekabr tarixli 1134-IVQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqi təmin
edilib.
19:08
Prezident İlham Əliyev Qəmər Almaszadənin 100 illik
yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, "Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyi SSRİ xalq artisti Qəmər Almaszadənin
100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb
həyata keçirsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin".
***
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr
tarixli 1131-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam
imzalanıb.
Sərəncamda qeyd edilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə məlumat versin.
***
"Azərbaycan Respublikasının Su Məcəlləsində dəyişiklik
edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr
tarixli 1129-IVQD nömrəli Qanununun tətbiqi barədə də sərəncam
imzalanıb.
Sərəncamda qeyd edilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
Su Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının Su Məcəlləsində
dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
20:20
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında"Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il
30 dekabr tarixli 1161-IVQD nömrəli Qanununun tətbiqi haqqında
fərman imzalayıb.
Fərmanda qeyd edilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
3. Müəyyən edilsin ki, "Azərbaycan Respublikasının vətəndaşlığı
haqqında" Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinin
üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidməti həyata keçirir.