Yuxarı

Bu, Prezidentin siyasi iradəsi ilə reallaşdı - Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan üçün xüsusi əhəmiyyətə malik olan bu nəhəng layihə sözsüz ki, ölkəmizin iqtisadi potensialının artırılmasına öz töhfəsini verməklə yanaşı, həm də siyasi müstəvidə dövlətimizin Dağlıq Qarabağ kimi bir probleminin həlli baxımından əhəmiyyətli rol oynayacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Fikrət Yusifov TANAP qaz kəməri ilə bağlı danışarkən deyib. O bildirib ki, Azərbaycan dünyanın təlatümlər yaşadığı bir dönəmdə məhz Prezident İlham Əliyevin siyasi iradəsinin və qətiyyətinin nəticəsində TANAP layihəsinin işə salınması ilə daha bir uğura imza atdı:

“Yeddi ölkənin iştirak etdiyi belə nəhəng layihəni güclü siyasi iradənin və qətiyyətin olduğu yerdə reallaşdırmaq mümkün ola bilərdi. Azərbaycan Prezidenti İlham Əliyev bu layihənin təməlini hələ 2011-ci ilin sonlarında qoymuşdu. Şahdəniz -2 qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınması ilə əlaqədar 2011-ci il oktyabrın 25-də hökumətlərarası müqavilə, 2011-ci il dekabrın 24-də isə ilkin razılaşma imzalandı. Azərbaycan-Türkiyə qardaşlığı və birliyi isə onu reallığa çevirdi. Bu gün birgə reallaşdırılan nəhəng regional layihələrlə bərabər iki ölkə arasında bütün səviyyələrdən olan əlaqələr – xüsusilə də iqtisadi əlaqələr daha da dərinləşir və yeni inkişaf müstəvisinə çıxır. TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı gündən-günə möhkəmlənir. Cari ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqaisədə 40 faizdən çox artıb. İki ölkə arasında qarşılıqlı investisiya yatırımlarının həcmi də sürətlə artır. Bu günə qədər Türkiyə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan da öz növbəsində Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub”.

Professor bildirib ki, bu layihə nəticəsində indi də qaz ixracından əldə olunacaq milyardlarla dollar ölkə iqtisadiyyatına, onun real sektorunun sürətli inkişafına böyük dəstək olacaq:

“Bütün bu işlər isə Azərbaycanda daha iri sosial layihələri reallaşdırmağa, insanlarımızın həyat səviyyəsinin və sosial durumunun inkişaf etmiş ölkələrdəki səviyyəyə yüksəldilməsinə imkan verəcək”.

Tarix
2019.12.04 / 08:30
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla