Yuxarı

48 saat ərzində İlham Əliyev məni qəbul etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Misirin Azərbaycandakı səfiri Adel İbrahim ilə müsahibəni təqdim edir:

– Misirin ərəb dünyasında liderliyi Səudiyyə Ərəbistanı ilə bölüşməsi haqda iddialar var. Bu barədə nə düşünürsünüz?

– Misir hər zaman Yaxın Şərqdə sülh və sabitliyi qorumaqda aparıcı və dəstəkləyici rola sahib oyunçu olub. Ölkəmiz 2019-cu ilin fevral ayında ilk Ərəb-Avropa sammitini uğurla keçirdi. Bu, AB və Ərəb dünyası arasında əlaqələrin təşviqi və ortaq narahatlıqların müzakirə edilməsi üçün daha böyük strateji əməkdaşlığa ehtiyac olduğunun vurğulanması baxımdan böyük imkan idi. Bundan əlavə, Misir Prezidenti Afrika Birliyinin 2019-cu il üçün sədri seçildi.

– Misirlə Azərbaycan arasında olan münasibətləri üç sözlə necə ifadə edərdiniz?

– Mükəmməldən daha artıq.

– Misirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

– Misir bütün hallarda beynəlxalq normativləri heç bir ayrı-seçkilik etmədən dəstəkləyir və bu baxımdan biz Azərbaycanın ərazi bütövlüyü üçün qanuni hüquqlarını dəstəkləyirik. Misir ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün göstərdiyi beynəlxalq səyləri də dəstəkləyir. Bundan əlavə, Misir beynəlxalq sülhün və təhlükəsizliyin artırılmasını, münaqişələrin danışıqlar yolu ilə həll edilməsini vacib sayır. Yaxın Şərqdə biz də müharibə əzabından, terrorizmin və ekstremizmin sonsuz problemlərindən əziyyət çəkmişik.

– Cənab səfir, Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Misirlə Azərbaycan arasındakı mövcud siyasi və iqtisadi münasibətləri necə qiymətləndirirsiniz? Diplomatik münasibətlərin 27 ili ərzində iki ölkə arasında nail olunan əsas uğurlar hansılardır?

– Misir və Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə tarixi, səmimi və mükəmməl münasibətlərə malikdir. Misir Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb və 1992-ci ildə bu ölkə ilə diplomatik münasibətlər qurub. Mərhum Prezident, ümummilli lider Heydər Əliyevin 1994-cü ildə rəsmi səfəri Misir ilə Azərbaycan arasında diplomatik münasibətlərin, hər iki ölkə arasında əlaqələrin inkişafına və əməkdaşlığın möhkəmləndirilməsinə səbəb olan yüksək səviyyəli səfərlərin başlanğıcı hesab olunur. Bundan əlavə, iki ölkə arasında beynəlxalq təşkilatlarda böyük koordinasiya və qarşılıqlı dəstək var. Misir və Azərbaycan hökumətləri iki ölkə arasında iqtisadi, mədəni, təhsil, təhlükəsizlik, aviasiya, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı artırmaq üçün müxtəlif sahələrdə sazişlər imzalayıb. İmzalanmasını gözləyən bəzi sazişlər də mövcuddur ki, onların sayəsində münasibətləri daha yüksək səviyyəyə qaldırmaq mümkün olacaq.

– Yaxın bir neçə ildə Azərbaycanın regiondakı rolunu necə görürsünüz?

– Zati-aliləri cənab Prezident İlham Əliyevin ölkənin tərəqqisi və inkişafı üçün davamlı səy göstərməsi mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, qeyd edim ki, Azərbaycan dini dözümlülük və müxtəlif dinlərin üzvləri arasında dinc yaşamağın unikal modeli hesab olunur.

– Səfir olduqdan bəri üzləşdiyiniz ən böyük çətinlik nə olub?

– Əslində, heç bir xüsusi problemlə üzləşməmişəm. Bakıdakı ilk iş günümdən etibarən bütün qapıları döymək və müxtəlif sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün səy göstərmək istəyirdim. Azərbaycan rəsmiləri bu məsələdə kömək etməyə hazır olduqlarını bildirdilər. Bu da öz növbəsində Zati-aliləri cənab Prezident Əbdülfəttah Sisinin yaxın gələcəkdə Azərbaycan Respublikasına ilk səfərinin baş tutmasına kömək etdi. Bu, hər iki tərəf arasında mövcud olan münasibətlərin bütün sahələrdə daha da inkişafına gətirib çıxarmasına təkan verdi.

– Diplomatik missiyanız 2018-ci ilin fevral ayında Azərbaycanda başlayıb. Bu zaman ərzində Azərbaycanla bağlı ən yaddaqalan xatirəniz nə olub?

– Fikrimcə, Azərbaycandakı ən dəyərli xatirəm Zati-aliləri Prezident İlham Əliyevin məni Bakıya gəlişimdən 48 saatdan az bir müddətə qəbul etməsi oldu. Bu, mənim üçün şərəf idi.

– Artıq bir ildən çoxdur ki, Misirin Azərbaycandakı səfirisiniz. Ölkəmizə gəldikdən sonra gözləntilərinizlə qarşılaşdıqlarınız üst-üstə düşdümü?

– Mən Azərbaycanda işləməkdən məmnunam və Azərbaycan vətəndaşlarının qonaqpərvərliyinin köməyilə özümü çox rahat hiss edirəm. Özümü burada ikinci vətənimdə sanıram. Təbii ki, bu isti münasibətlər tarixi əlaqələrin möhkəmliyini və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunu isbat edir.

Tarix
2019.12.04 / 09:12
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bakı ilə danışıqların bir nəticəsi ola bilərdi... - Paşinyan

“Qeyri-səlis məntiq və dil-nitq” kitabı müzakirə edildi

Tiktokerlər “sutkalıq həbs” alacaqlar? – Professor

Əliyev və Ərdoğanın bugünkü qərarı: Bakı hərəkətə keçir

Liderlər İlham Əliyevi təbrik edir

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

İlham Əliyev bunun üçün 20 milyon manat ayırdı

Azər Zahidin əxlaqsızlıq şousunu kim maliyyələşdirir? - Video

Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - Fotofakt

Ərdoğanla Əliyev Suriya ilə bağlı razılaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla