Yuxarı

İlyas İsmayılovun oğlunu qətlə yetirənlərə ağır cəza...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlyas İsmayılovun oğlunu qətlə yetirənlərə ağır cəza...

Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılovun oğlu Etimad İsmayılovu Türkiyədə qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib.

Report-un məlumatına görə, Türkiyədə araşdırılan cinayət işi üzrə məhkəmədə prokuror qətlin əsas təşkilatçısı və icraçısı Gözəl Dəmirova ağırlaşdırılmış ömürlük həbs cəzası istəyib.

Cinayətin törədilməsinə kömək etməkdə təqsirləndirilən Barış Aslana 15 ildən 20 ilə qədər azadlıqdan mərhumetmə cəzası istənilib.

Hər iki şəxsə qanunsuz silah saxlamağa görə əlavə olaraq 1 ildən 3 ilədək həbs cəzası da istənilib.

Qeyd edək ki, Etimad İsmayılov 2018-ci ilin sentyabrın 19-da İstanbulda öz ofisində məruz qaldığı silahlı hücum nəticəsində öldürülüb.

Hadisəni törədən Azərbaycan Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, təqaüddə olan polkovnik Gözəl Dəmirov və sürücüsü Barış Aslan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

D.Gözəlov ifadəsində bildirib ki, E.İsmayılovun İstanbulun Floriya adlı ərazisindəki ofisində görüşüblər və borc məsələsinə görə aralarında mübahisə yaranıb. Bundan sonra G.Dəmirov silahını çıxaraq E.İsmayılova ardıcıl 3 dəfə atəş açıb.

Xatırladaq ki, G.Dəmirov 1990-cı illərin əvvəllərində Azərbaycanda polis rəisi işləyib. Onun Azərbaycan və Türkiyədə sərmayəsinin olduğu bildirilir.

E.İsmayılov hazırda Türkiyədə işləyən tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.

Tarix
2019.12.05 / 00:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla