Yuxarı

ABŞ-Türkiyə əlaqələrinə ağır zərbə vuruldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının “erməni soyqırımı” qətnaməsini təsdiqləməsi gözlənilən idi.

Axar.az xəbər verir ki, bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, ötən gün qətnamənin qəbul edilməsinin iki əsas səbəbi olduğunu bildirib:

Birinci səbəb o idi ki, Nümayəndələr Palatası “erməni soyqırımı” qətnaməsini böyük səs çoxluğu - 405 səslə qəbul etmişdi. Qətnaməyə həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər, yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdi. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadır, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, S-400 raketlərinin alınmasından narazıdırlar. Yəni demokratlar və respublikaçılar məlum qətnaməni erməniləri sevdiklərinə görə qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən qətnamə vasitəsilə Türkiyəni cəzalandırmaqdır”.

E.Şahinoğlu “erməni soyqırımı” məsələsinin bu günə qədər müxtəlif dövlətlər tərəfindən qəbul edildiyini, lakin bunun Türkiyəyə təsiri olmadığını xatırladıb:

“Özləri çalıb, özləri oynayırlar” sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur. Bu günə qədər onlarla dövlət “erməni soyqırımı” qətnaməsini qəbul edib. Bu, Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Ancaq Türkiyə S-400 raketlərində geri addım atmadığına görə Trampın hansı qərar verəcəyini söyləmək çətindir. Ancaq nə vaxtsa hansısa ABŞ prezidenti “erməni qətnaməsi”nə imza atacaq”.

Ekspert sözügedən qətnamənin Türkiyə-ABŞ münasibətlərinə böyük zərbə vurduğunu söyləyib:

“ABŞ bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Türkiyədə hakimiyyətdə Ərdoğanın yerində gələcəkdə kim olsa belə, dərin yaralar alan Türkiyə-ABŞ münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq çətin olacaq”.

Analitikin sözlərinə görə, “erməni soyqırımı” qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz:

“Bu tək ABŞ-a aid deyil, münaqişənin həlli ilə məşğul olan digər iki həmsədr dövlət - Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni qətnaməyə səs veriblər”.

Qeyd edək ki, ABŞ Senatı ötən gün qondarma erməni soyqırımı qətnaməsini layihəsini qəbul edib. Qətnamə layihəsi imzalanması üçün ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.

Tarix
2019.12.13 / 11:09
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla