Yuxarı

“Aslanov Lamiyəni həkimə apartdırıb və uşağı…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Aslanov Lamiyəni həkimə apartdırıb və uşağı…”

Lamiyə Quliyevanın nişanlısı olmuş Vüqarın atası İbrahim İsmayılov "Musavat.com"a geniş müsahibə verib. Axar.az müsahibədən ən maraqlı parçaları təqdim edir.

İ.İsmayılov deyib ki, hadisəyə siyasi don geydirməklə Şəmkirin keçmiş başçısı Aslan Aslanovu təmizə çıxarmağa nail olunub: "Əgər ittiham aktında hadisəni olduğu kimi yazsaydılar, məlum olacaqdı ki, Şəmkirin icra başçısının oğlu bir qızın namusuna toxunub.

Hadisə də həmin qızın əlindən çıxıb. İcra başçısının oğlunun namus məsələsinə görə öldürüldüyünü yazsaydılar, Aslanovu işdən çıxaracaqdılar. Aslanov vəzifəsinin xatirinə işə belə don geydirməyə nail oldu ki, guya oğlu torpaq mübahisəsinə görə sifarişlə öldürülüb".

Vüqarın atası işin araşdırılmasını tələb edib: "Vicdanı, qeyrəti olan bir müstəntiqi ayırsınlar, göndərsinlər Şəmkirə. Heç kimə heç nə demədən gəlib araşdırsın. Əgər bu söhbət torpağa görə olubsa, mənə də ömürlük versinlər. Lamiyəni tutandan sonra Aslan Aslanova deyiblər ki, o, oğlu Ruslandan 2 aylıq hamilədir. Aslanov Lamiyəni həkimə apartdırıb və uşağı məhv etdirdib".

İ.İsmayılov Prezidentdən məsələni nəzarətə götürməyi xahiş edib: "Aslan Aslanovun əli hər yana çatır. O məni "zon"da 2 dəfə, qışın günündə, fevralda "kars"a saldırıb öldürtmək istəyib. Bu, 5 saylı Cəzaçəkmə Müəssisəsində olub.

Ora Aslanovun üzümə qoydurduğu Qönçə Lətifovanın əmisi oğlu dustaq olaraq gəlib çıxmışdı. Şikayət etdim ki, adamı məni öldürtmək üçün göndəriblər. Məni 16-cı "zon"a göndərdilər. Bakıya gəlib prezidentin, baş prokurorun qəbuluna gedəcəyəm. Prezidentdən xahiş edirəm, işin yenidən araşdırılmasına göstəriş versin".

Xatırladaq ki, Vüqar və Lamiyə A.Aslanovun oğlunu qətlə yetirib. Vüqar ömürlük, Lamiyə 10 il cəza alıb. Daha sonra onun həbs cəzası 5,5 il artırılıb.

Tarix
2015.02.07 / 13:09
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla