Yuxarı

Sabir Rüstəmxanlı bütün küsənləri birgə qurultaya çağırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabir Rüstəmxanlı bütün küsənləri birgə qurultaya çağırır

Ötən gün Dünya Azərbaycanlıları Konqresinin qərargahında baş tutan yığıncaqda DAK-ın növbəti - 13-cü qurultayı müzakirə edilib.

DAK mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yığıncaqda qurultaya hazırlıq işləri ilə əlaqədar İşçi Qrupu təsis edilib. İşçi Qrupunun Bakı heyətinə DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı rəhbərlik edir.

Qurultaya hazırlıq işləri ilə əlaqədar bölgə nümayəndələrinin də İşçi Qrupunun heyətinə cəlb edilməsi nəzərdə tutulub.

Qurultayın aprel ayının birinci yarısında keçirilməsi planlaşdırılır. Qurultayın gerçəkləşəcəyi günə qədər DAK İdarə Heyətinin üzvləri və digər maraqlananların "paltalk" vasitəsilə əlaqə saxlayıb görüşlər keçirəcəkləri qərarlaşdırılıb.

13-cü Qurultayın DAK-ın tarixində xüsusi bir hadisə olacağı gözlənilir. İşçi Qrupu qərar verib ki, vaxtilə DAK üzvü olub, sonra müxtəlif səbəblərdən qurumdan uzaqlaşmış köhnə fəallar, DAK adına iddialı bütün qurumlar və şəxslər də 13-cü Qurultaya dəvət olunsun.

Qurultaya qədər DAK-ın Bakıda silsilə tədbirlər keçirməsi nəzərdə tutulur. Bu tədbirlərdən biri fevralın 12-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilməsi nəzərdə tutulan "Türklərin hüquqları baxımından İranda son durum" adlı elmi-praktik konfransdır.

Tarix
2015.02.08 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla