Yuxarı

Aslan Aslanov biabır oldu: daha bir saxtakarlıq üzə çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Guya Ərəstun Cavadov deyib ki, külək hansı tərəfə əsirsə, mən də o tərəfə dönürəm. Həmçinin guya Ərəstun müəllim deyib ki, bu məsələ ilə bağlı mənim konkret olaraq mövqeyim yoxdur. Ancaq məsələ ondadır ki, Ərəstun müəllim belə söz deməyib".

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc deputat həmkarı, Mərkəzi Univermağın rəhbəri Ərəstun Cavadovun "Lamiyə işi" ilə bağlı məsələyə münasibət bildirərkən onun adını hallandırmasına cavab olaraq deyib.

"Ərəstun müəllimlə bu gün danışdım, o, belə bir söz dediyini və ümumiyyətlə, kiməsə müsahibə verdiyini qətiyyətlə təkziblədi. Mən Aslan Aslanov haqqında yox, Lamiyə haqqında, onun azad olunması haqqında fikir bildirmişəm".

Z.Oruc bildirdi ki, kimlərsə bu məsələdən sui-istifadə edir:

"Ərəstun müəllim qətiyyətlə belə bir fikir bildirmədiyini dedi. Bildirdi ki, bu, onun adından yazılmış yalan və böhtandır".

Xatırladaq ki, ötən gün Lamiyənin ailəsinə təzyiq etməkdə adı hallanan Aslan Aslanovun müdafiəsi ilə bağlı mediada daha bir yazı yayılmışdı. Millət vəkili Ə.Cavadovun adından yayılan müsahibədə A.Aslanov müdafiə olunur, parlamentdə çıxış edib Lamiyə Quliyeva olayına hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına çağırış edən Z.Oruc tənqid olunur və o, mövqeyi olmayan, küləyin əsdiyi istiqamətdə əyilən bir siyasətçi kimi təqdim edilirdi.

Xüsusilə vurğulayaq ki, iki gün öncə də mediada Lamiyə Quliyevanın anasının adından müsahibə yayılmışdı. Ulduz Quliyeva (halbuki Lamiyənin anasının adı Kifayət Quliyevadır) kimi təqdim olunan ananın müsahibəsi təkzib olundu. K.Quliyeva Musavat.com-a geniş müsahibəsində onun adından yayılmış bu müsahibəni Aslan Aslanovun təşkil etdiyini açıqladı.

Maraqlıdır ki, müsahibə və açıqlamanı qeyri-ciddi saytlar yayır və nəticəsi biabırçı olur. Artıq heç kəsə sirr deyil ki, Aslan Aslanov qeyri-ciddi saytlarla hansısa əməkdaşlıq formasında Lamiyənin anasının və millət vəkilinin adından yalan yazdırıb.

Qeyd edək ki, az öncə də Aslan Aslanova yaxın şəxslər Lamiyə Quliyevanın 12 il əvvəlki məhkəməsinin stenoqramını mediaya ötürmüş və mövqe kimi işıqlandırılmasını istəmişdilər. Axar.az olaraq həmin mövqeyi işıqlandırarkən məlumatı mediaya verən mənbənin A.Aslanova yaxın olduğu barədə qeyd vermişdik.

Tarix
2015.02.09 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla