Yuxarı

İlham Əliyev qırğız səfiri qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranovun etimadnaməsini qəbul edib.

AzərTAc xəbər verir ki səfir Aycigit Buranov fəxri qarovul dəstəsinin qarşısından keçib.

Aycigit Buranov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Görüşdə Azərbaycan ilə Qırğızıstan arasında siyasi əlaqələrin səviyyəsinin razılıq doğurduğu bildirilib, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmi qeyd olunub, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstanın tərəfdaş və dost ölkələr olduğu bildirilib və əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olmasının önəmi qeyd edilib.

Tarix
2015.02.10 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla