Yuxarı

İlham Əliyev iki görüş keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev iki görüş keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Fransa Senatının üzvü, keçmiş nazir Jan-Mari Bokelin başçılıq etdiyi Fransanın Alzas regionunun nümayəndə heyətini qəbul edib.

AzərTAc xəbər verir ki, Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində Fransa Prezidenti Fransua Ollandla keçirdiyi mütəmadi görüşlərin önəmini vurğulayıb. Dövlət başçısı Fransa nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə yaxından tanış olmaq və ikitərəfli əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılması baxımından yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Fransa Senatın üzvü, keçmiş nazir Jan-Mari Bokel Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrdə bu qurumda çalışmasını və eləcə də iki il bundan əvvəl Fransa nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etməsini məmnunluqla xatırlayıb.

Görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində, eləcə də ölkələrimizin regionları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Əlcəzair Xalq Demokratik Respublikasının energetika naziri, Prezidentin xüsusi elçisi Yosef Yusfini qəbul edib.

Yosef Yusfi Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikanın məktubunu dövlət başçısına təqdim edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edilib, energetika sahəsində əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2015.02.11 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla