Yuxarı

Durum gərginləşdi: Sadval Putinə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Durum gərginləşdi: Sadval Putinə müraciət etdi

Dərbəndin Ağsaqqallar Şurası İmam Yaraliyevə qarşı qaldırılmış cinayət işinin ləğvi ilə bağlı Vladimir Putinə rəsmən müraciət edib.

Axar.az xəbər verir ki, şura bu addımların Yaraliyevə qarşı təzyiq məqsədilə atıldığını bildirib. Onlar həmçinin Yaraliyevə qarşı cinayət işini təşkil edən şəxslərin Dərbəndin 2000 illiyinin keçirilməsinə mane olmağa çalışdıqlarını deyib.

Qeyd edək ki, Dərbəndin Ağsaqqallar Şurası dünən İmam Yaraliyevə qarşı cinayət işinin qaldırılması ilə əlaqədar iclas keçirmişdi. Yaraliyevin adamlarından ibarət olan şurada müxtəlif millətlərin nümayəndələri iştirak etmişdi. Həmçinin iclas keçirən qurumun iştirakçılarının əsas hissəsinin sadvalçılardan təşkil olunduğu bildirilmişdi.

Onu da xatırladaq ki, hazırda Dərbənd rəhbərliyi uğrunda qızğın savaş gedir. Şəhər rəhbərliyinə Dağıstan Prezidenti Ramazan Abdulatipov milliyyətcə avar olan keçmiş Ədliyyə naziri Azadi Rəhimovu gətirmək istəyir. Moskvanın istəyi isə başqa cürdür. Kreml Dərbənddə milliyyətcə azərbaycanlı olan Xanlar Paşabəyovu rəhbər kimi görmək niyyətindədir.

Tarix
2015.02.12 / 13:05
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla