Yuxarı

Merin “Krot” ləqəbli azərbaycanlı ilə əlaqəsi ifşa edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Merin “Krot” ləqəbli azərbaycanlı ilə əlaqəsi ifşa edildi

İmam Yaraliyevin Rusiyada axtarışda olan "Krot" ləqəbli Rafiq İdrisovla sıx dostluğu olub.

Bu barədə məlumat Axar.az-a Dərbənddəki etibarlı mənbədən daxil olub.

Mənbə bir müddət öncə Yaraliyevə qarşı açılan cinayətin təkcə qanunsuz torpaq satışı ilə əlaqədar olmadığını bildirib. Belə ki, İdrisovla sıx əlaqədə olan Yaraliyevin bir müddət öncə Ramazan Abdulatipovun həbs edilən qardaşı Rəcəb Abdulatipovla müsbət münasibətləri olub. Rəcəbin həbsindən sonra Moskva Dərbənddə törədilən cinayətlərdə Yaraliyevin də iştirakını müəyyən edib. Bundan sonra isə Abdulatipova Yaraliyevi vəzifədən çıxarmağa icazə verilib.

Qeyd edək ki, bir müddət öncə Dağıstan Prezidenti Ramazan Abdulatipovun qardaşı Rusiya Federal Miqrasiya İdarəsinin Dağıstan nümayəndəsi Rəcəb Abdulatipov sifarişli qətllər, qaçaqmalçılıq və fırıldaqçılıq maddələri ilə həbs edilmişdi. Sonralar yayılan məlumatda onun əslən azərbaycanlı olan "Krot" ləqəbli Rafiq İdrisovla sıx əlaqədə olduğu bildirilmişdi. Abdulatipovun məhz onun sayəsində cinayətlərini həyata keçirə bildiyi söylənilmişdi.

Onu da xatırladaq ki, İdrisov Azərbaycandan Rusiya ərazisinə qanunsuz şəkildə buğda spirtinin keçirilməsi ilə məşğul olub. Krot məhz Rəcəb və digər şəxslərin vasitəçiliyi ilə Dağıstan məmurları arasında böyük nüfuz sahibinə çevrilib. Bundan istifadə edən Krot Rəcəbin yardımıyla öz adamlarını Dağıstanda yüksək vəzifələrə təyin etdirib. Belə addımlardan biri Krotun Abdulatipovun əlilə Dağıstan Respublikasının Qeydiyyat Palatasına öz adamını təyin etdirməsidir. Bunun ardınca isə Krotun və Prezident Ramazan Abdulatipovun əliylə Qurbanovlar klanının tutduğu postlardan istefası kampaniyası həyata keçirilməyə başlanılıb. Moskva mərhum prezident Muxu Əliyevlə geniş əlaqələrə malik olan İdrisovun əməllərindən tezliklə xəbərdar olub və oraya öz adamlarını göndərib. Artıq spirtin qaçaqmalçılığını əlindən çıxaran Krot Azərbaycana qaçmağa müvəffəq olub. Buradan isə o, İsrailə gedib və özünün Dağıstandakı ortaqları ilə fəaliyyətini davam etdirib.

Tarix
2015.02.13 / 12:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla