Yuxarı

Lamiyə uşağı ilə məhkəməyə gətirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lamiyə uşağı ilə məhkəməyə gətirildi - Foto

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə qalmaqallı məhkum Lamiyə Quliyevanın işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

Axar.az xəbər verir ki, məhkəmədə növbəti hazırlıq iclasının 20 fevral saat 12:30-a təyin edilməsi qərara alınıb.

L.Quliyevanın vəkili müvəkkili barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə müddətində ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Lakin onun bu vəsatəti təmin edilməyib.

Məhkum L.Quliyeva məhkəmə iclası zamanı jurnalistlər vasitəsilə birbaşa xalqa müraciət edərək onu qınamamaqlarını və yardım etmələrini istəyib:

"Mən 15 yaşında bir cinayət törətmişəm. Məhv olmuşam və lazımi cəzamı çəkmişəm. Cəmiyyətin məni qınamamasını istəyirəm. Dövlətdən kömək istəyirəm".

Qeyd edk ki, L.Quliyeva məhkəmə binasına körpəsi ilə birlikdə gətirilib. Məhkəmədə Lamiyə Quliyevanın anası Kifayət Quliyeva da iştirak edib. Mediaya açıqlama verən K.Quliyeva məhkəmədən ədalətli qərar gözlədiyini və hazırda özünü pis hiss etdiyini deyib.

Xatırladaq ki, Baş Prokurorluq məhkum Lamiyə Quliyevanın 2010-cü ildə Cinayət Məcəlləsinin 317.2-ci maddəsi ilə olan məhkəmə hökmünün ağırlığına görə apellyasiya protesti və müddətinin bərpa olunması üçün vəsatət verib.

Tarix
2015.02.13 / 13:29
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla