Yuxarı

Kriminalist Nərminin qətli ilə bağlı şok məqamları açıqladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:20

Hadisə kiçik bir kənd ərazisində olduğu üçün bu cinayət faktının üstünün açılması asan bir işdir. Çünki qız kənddə yoxa çıxıb və yandırılmış halda olan cəsədi də kənddə tapılıb. Uşağın əmisigilə getdikdən sonra yoxa çıxdığı nəzərə alınaraq, birmənalı olaraq bütün qohumlar, qonşular, tanışlar istintaqa cəlb olunmalıdır.

Bu sözləri Axar.az-a sabiq polis rəisi Mahmud Hacıyev Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın bir neçə gün öncə evlərinin yaxınlığında yanmış meyitinin aşkarlanması ilə bağlı danışarkən deyib.

M.Hacıyevin sözlərinə görə, bu məsələdə əsas diqqət edilməli məqam ailənin uşaq itdikdən neçə gün sonra polisə müraciət etməsidir:

“Təcrübəmə əsaslanaraq deyirəm ki, bu kimi hallar baş verdikdə itkin düşmüş şəxsin ailəsi, qohumları polisə gec müraciət edir. Ailə həmişə axtarışı özü aparır və burada da bir qədər gecikir. Bu kimi hallarda, xüsusilə itkin hadisəsi kiçik bir kənddə baş verəndə adətən üstü tez açılır. Səbəb də odur ki, kənd kiçikdir, bir milyonluq şəhər deyil ki, proses çətin olsun. Kənddə hamı bir-birini tanıyır, giriş-çıxış məhdud dərəcədə olur. Həmçinin, əksər kəndlərdə məskunlaşan 10 qonşudan 6-sı bir-biri ilə qohum olur. Belə bir məkanda itkin düşən bir şəxsin 2 ay müddətində tapılmaması mümkün deyil, bu, bir qədər suallar doğurur.

Əgər ailə polisə tez müraciət edibsə və polis də dərhal axtarış elan edib, axtarışlara da start verilibsə, ehtimal etmək olar ki, qaçırılan uşaq kənddə saxlanılmayıb. Burada müəmma ondan ibarətdir ki, balaca bir kənddə uşaq yoxa çıxa, 2 ay sonra bir əraziyə meyiti atılıb yandırıla və bu barədə kənddə heç kəsin məlumatı olmaya”.

Sabiq polis rəisi bildirib ki, bu kimi ağır cinayət işlərində istintaqı prokurorluq müstəntiqləri ilə polis əməliyyatçıları aparır:

“Bu kimi cinayətlərdə istintaqı prokurorluğun müstəntiqi aparır. Lakin ona da polisin əməliyyatçıları yaxından köməklik edir. Çünki o, əməliyyatçılara tez-tez istintaq tapşırıqları verir. Kompleks halında polis əməliyyatçıları ilə prokurorluğun müstəntiqi yüksək səviyyədə işləyəndə bu kimi cinayətlərin üstü tez açılır”.

M.Hacıyev bildirib ki, meyitin yandırıldıqdan sonra məhz evin yaxınlığına atılması qisas da ola bilər:

“Cəsədin iz itirilmək məqsədilə yandırıldığını düşünmürəm. İzi itirmək məqsədilə cəsəd yandırılsaydı, bütünlüklə yandırılardı. Cəsədin qurşaqdan aşağı nahiyyəsinin yandırılması suallar doğurur. Cani cəsədi tam yandırmaq fikrində olub, buna nail olmasa belə, bəs nə üçün onu evin yaxınlığında bir əraziyə atıb? Bu kimi cinayətlərdə adətən iz itirmək məqsədilə cəsəd yandırılır və bu da həmin məkandan 100 kilometrlərlə uzaqda həyata keçirilir. Burada caninin məqsədi iz itirmək olmayıb. Olsaydı, bunu daha uzaqda edərdi, cəsədi tam yandırar, basdırardı.

Burada diqqət edilməli bir məqam da var. Müəyyən edilsə ki, öldürülməzdən əvvəl azyaşlıya qarşı təcavüz olub, bu zaman istintaq başqa istiqamətdə aparılır. Əgər təcavüzün olmadığı müəyyən edilsə, araşdırma tamam başqa istiqamətdə yönləndirilir. Bu, işin açılması istiqamətində çox ciddi məqam və sübut növüdür.

Uşağın dırnaqlarının kəsildiyi deyilir. Əgər cani uşağın dırnaqlarını iz itirmək məqsədilə kəsibsə, daha niyə təkcə qurşaqdan aşağı yandırıb? Bütünlüklə də yandıra bilərdi cəsədi, bu zaman - cəsəd bütünlüklə yandığı üçün - dırnaqlar da yanmış olacaqdı, dırnaq arasında canidən qalma ehtimalı olan dəri də.

Bu məsələdə olduqca diqqətli olmaq lazımdır.

Birmənalı olaraq bu məsələdə bütün qohumlar, qonşular, tanışlar istintaqa cəlb olunmalıdır. Qaçırılma, cinayət hadisəsi də böyük arealda baş verməyib. Hər şey kənd ərazisində baş verib”.

Tarix
2020.01.10 / 13:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Dubaydan Moskvaya uçan təyyarə Bakıya eniş etdi - Təcili

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Qardaş Azərbaycanın yanındayıq - Hakan Fidan

Anladıq, yanlışlıqla vurublar: bəs, niyə enişə izn verməyiblər?

Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!

Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi

Təyyarə buna görə qəzaya uğrayıb - AZAL

AZAL-ın keçmiş prezidenti qəza haqda: Bunu gizlətmək olmazdı

Rusiya təyyarənin vurulduğu faktını necə gizlətmək istəyir?

Astroloq: Təyyarə qəzası ilə bədəl ödədik - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla