Yuxarı

Prezident qanunu imzalamadı, MM-ə qaytardı - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident qanunu imzalamadı, MM-ə qaytardı - Səbəb

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra əhəmiyyətli və mütərəqqi xarakter daşıyan dəyişikliklər təklif edib.

Yeni redaksiyada qanunun əsas konsepti dəyişmir, hədəfləri olduğu kimi saxlanılır. Əsas məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Belə ki, yeni dəyişikliklərdən sonra innovativ fəaliyyətə dövlət dəstəyi daha hədəfli, daha ünvanlı və nəticəyönümlü xarakter alır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədova deyib ki, sənəddə rəqəmsal iqtisadiyyatın, İKT-nin, innovasiya ekosisteminin və startapların inkişafını yeni mərhələyə daşıyacaq genişmiqyaslı təkliflər təqdim edilib. Bu islahat qeyri-dövlət sektoruna aid edilən və dövlət payı 51 faizdən az olan özəl texnologiya subyektlərini əhatə etməklə, ölkənin texnoloji inkişafını sürətləndirməyi məqsəd qoyur. Bildirilib ki, iri sahibkarlıq subyektlərinin bu böyük vergi güzəştlərindən yararlanmaları üçün onların ümumi gəlirlərində ixracın xüsusi çəkisinin olması və vəsaitlərin yerli banklara gətirilməsi şərti qoyulub. Bu yeni rejim 1 yanvar 2027-ci ildən sonra şəhadətnamə alan yeni rezidentlərə şamil ediləcək, mövcud rezidentlər isə fəaliyyətlərini cari hüquqi statusları çərçivəsində maneəsiz davam etdirəcəklər.

Vurğulanıb ki, bu təkliflər Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması, intellektual kapitalın ölkəyə cəlb olunması və yerli innovativ brendlərin dünya bazarına çıxışının genişləndirilməsi baxımından yeni imkanlar yaradır.

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sənəddəki güzəştlərin əsas məqamlarından danışıb, onların vahid sistem şəklində təqdim olunduğunu vurğulayıb. O, güzəştlərin uzun müddətə nəzərdə tutulmasının investisiya cəlbediciliyi və rəqabət imkanları baxımından əhəmiyyətini qeyd edib.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sənəddə təklif olunan vergi təşviqlərinin subyektləri və onların əhatə dairəsi barədə məlumat verib.

İclasda yenilənmiş qanunun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub, müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Tarix
2026.09.24 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla