Yuxarı

Moskvada isbat edim ki, bu quyunu vermək lazımdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

O vaxt danışıqlar getdi. O vaxtlar bunlar başlanmasaydı, o vaxt, əlbəttə, bu kontrakt işlənməsəydi, buna qol çəkilməsəydi, cənab İlham Əliyev demişkən, indi Allah bilir biz nə gündə idik. Bunu da elədi, bunu da başladı. O gün deyir ki, “Azəri-Çıraq”dan çıxarılan neftin miqdarı 500 milyonu keçdi. Bu, 500 milyon nədir, bu, neft nədir, bunun qiyməti nə qədərdir? Görün, indi bunun bizim üçün nə qədər əhəmiyyəti oldu.

Axar.az xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə özünün 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirib.

"İndi həyatdır da, Heydər Əliyev dünyasını dəyişdi. Onun yerinə cənab İlham Əliyev gəldi. İndi cənab İlham Əliyev gələndə, əlbəttə, cavandır, fikirləşirdi, hərənin bir fikri var idi. Amma bir neçə ildən, bir neçə işdən sonra cənab İlham Əliyev bütün aləmə, nəinki Azərbaycana, bütün Avropaya, bütün dünyaya özünü təsdiq elədi ki, doğrudan da bu respublikaya gözəl bir rəhbər gəlib.

Onun gördüyü işləri saymaqla qurtaran deyil. İndi bu qədər məktəblər tikilir, bu qədər yollar çəkilir. Hərdən mən çaşıram ki, bunlar yox idi, indi nə qədərdir. Olanları da pis vəziyyətə düşmüşdü. Azərbaycan öz simasını 180 dərəcə dəyişib. Odur ki, mən hərdən bunu təkrar edirəm, 15-20 il, ya 10 il Azərbaycanda olmayan adam, gəlib Azərbaycana baxanda təəccüb edir. Doğrudan da bu qısa müddətdə belə işlər görülüb. Ümumiyyətlə, cənab İlham Əliyev Azərbaycana, bütün dünyaya başa saldı ki, müstəqillik, Azərbaycanın müstəqil olması nə deməkdir. Mən bunu çox yaxşı bilirəm. Çünki mən 60 ilimi, 90-nın 60 ilini sovet vaxtında yaşamışam, 30 ilini müstəqillik dövründə. O dövrlə bu dövrü müqayisə edəndə, mən müstəqilliyin ləzzətini yaxşı bilirəm. Başqaları bəlkə də elə-belə hiss edir. Ləzzətini görürəm, heyran oluram. Bir sözümüz yox idi, gedirdik, elə müdafiə etməyə. Bir quyu almaq üçün bir həftə qalırdım Moskvada, isbat edim ki, bu quyunu vermək lazımdır, bu quyunu qazmaq lazımdır. İndi özümüz öz ağamızıq, quyumuzu da qazırıq, hərdən boş da çıxa bilər. Özümüzük də, özümüzünküdür, qoy, necə çıxar elə də çıxsın. İndi bütün bunlar cənab İlham Əliyevin gördüyü işlərin nəticəsidir.

Dünən mən bu məlumatlara qulaq asdım. Düz gecə saat 11-dək qulaq asdım. Gör, hələ bu il nə qədər yeniliklər əldə olunub, elə hər il. Sonra müqayisənizə qulaq asdım. Allaha şükür, Allah ona bir yaddaş verib ki, məndən də yaxşı bilir, nə vaxt nə almışam. O rəqəmləri bir-bir, - özü də hərdən xanımım da oturur bir yerdə baxırıq - ingilis dilində, bir dənə kağız yox, bu qədər şeyi yadda saxlamaq. Bunlar hamısı necə yadda qalıb, bir-bir bunların hamısı deyilir", - X.Yusifzadə vurğulayıb.

Tarix
2020.01.15 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla