Yuxarı

Mirələmovun “möhtəşəm” Xəzər uzaqgörənliyi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüseynbala Mirələmov Xətai rayon 33 saylı birinci seçki dairəsindən yenidən deputatlığa namizəddir.

Bu o Mirələmovdur ki, dünyada gedən iqtisadi böhrana “Azdır, az yeyin, çox yemək insanı tez qocaldır” kimi “şedevr”lə şərh vermişdi.

Mənim Hüseynbala müəllimlə heç bir qərəzim, problemim yoxdur. Məsələ çox sadədir. Prezident İlham Əliyev ölkədə gəncləşdirmə islahatının önəmindən danışır, bunu xüsusi vurğulayır. Mirələmov da çıxışlarında Prezidentin siyasi kursunu dəstəklədiyini iddia edir. Bəs, belədə bu il 75 yaşı tamam olacaq Mirələmov niyə namizədliyini bir daha irəli sürdü?

Onu da xüsusi vurğulayaq ki, Hüseynbala Mirələmov nə deputat kimi, nə də islahatların təbliğində aktivliyi ilə seçilir. Əksinə, Hüseynbala müəllimin adı daim inanılmaz qalmaqallarda səslənir.

Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşkar etmişdi ki, deputatın istirahət mərkəzi bütün kanalizasiya sularını gizli olaraq Xəzər dənizinə axıdır.

Qəribə təsadüf, bu gün mətbuatda Xəzər dənizində suyun səviyyəsinin azalması haqda məlumat yayılıb. Hüseynbala müəllim öz müdrik uzaqgörənliyi ilə bu günləri görüb və vaxtında kanalizasiya sularını axıdıb gözəl Xəzərimizə!

Daha bir fakt: 2012-ci ildə H.Mirələmova məxsus istirahət məkanında onun qardaşı oğlu Rəşad Mirələmov Ramal Bayramovu güllələyərək öldürmüşdü.

Deputatın Panamada şirkətlərinin olduğu da iddialar sırasındadır və o özü bunu indiyədək təkzib etməyib.

Məncə, Mirələmov “panamasını” qoysun qabağına və yaxşı-yaxşı düşünsün. Allah ömür versin, artıq 75 yaşına çatıb. Aktiv siyasətdən geri çəkilib, öz yaradıcılığı ilə məşğul olsa, həm Azərbaycan xalqı qazanar, həm də, nə də olmasa, Azərbaycan ədəbiyyatı...

Tarix
2020.01.21 / 11:30
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla