Yuxarı

Türkiyədə zəlzələ xofu: afterşoklar niyə daha güclü oldu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə zəlzələ xofu: afterşoklar niyə daha güclü oldu?

Ötən gündən Türkiyənin Manisa, Ankara şəhərlərində davamlı zəlzələlər baş verib. Əksər hallarda afterşoklar ilk zəlzələdən gücünə görə daha az olsa da, bu dəfə əksi müşahidə olundu və bu da qardaş ölkədə narahatlıq yaradıb.

Mövzu ilə bağlı Axar.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələnin bu templə davam etməsi seysmologiya üçün xarakterikdir:

“Zəlzələ zamanı qırılma boyu parçalanma gedir. Bəzən görürük ki, birinci təkan çox güclü olur, ardınca isə təkanlar get-gedə zəifləyir. Yaxud da əvvəl zəif təkanlar olur, sonradan böyük lay dəstələrində parçalanma gedəndə təsir daha da çoxalır. Seysmologiyada zəlzələ prosesi çox mürəkkəb olduğuna görə birmənalı olaraq afterşokların azalan və ya artan templə davam etdiyini demək olmaz”.

Q.Yetirmişli Türkiyədə baş verən zəlzələlərin Azərbycana təsirindən də danışıb:

“Türkiyə, İran, Gürcüstan və ümumiyyətlə, bizimlə həmsərhəd ölkələrdə baş verən zəlzələlər Azərbaycanın həmin ölkəyə yaxın regionlarında hiss edilir. Məsələn, Ermənistanda Spitak zəlzələsi olanda Azərbaycanın yarısında hiss olunmuşdu. Yaxud da İranda zəlzələ baş verəndə sərhəd zonasına yaxın Lerik, Astara, Lənkəranda hiss olundu. Başqa ölkədə qeydə alınan zəlzələnin hiss olunma ehtimalı məsafəsindən və gücündən asılıdır”.

Q.Yetirmişli bildirib ki, Türkiydən sonra Ermənistanda qeydə alınan iki ardıcıl zəlzələ yeraltı təkanların Azərbaycana doğru “gəldiyi” anlamında yozulmamalıdır.

Tarix
2020.01.24 / 08:45
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla