Yuxarı

“Cənub qaz dəhlizi ABŞ və Azərbaycanın birgə layihəsidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan rəhbərliyi ilə aparılmış danışıqlar zamanı təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib.

V. Nuland Bakıda keçirilmiş görüşləri yüksək qiymətləndirib: "Biz Azərbaycanla 20 ildən artıqdır davam edən tərəfdaşlığımıza çox böyük dəyər veririk. Biz bu illər ərzində həyata keçirdiyimiz səmərəli işi davam etdirmək istəyirik".

O qeyd edib ki, ABŞ güclü və müstəqil Azərbaycan görmək istəyir: "Biz terrorçuluq və ekstremizmə qarşı səylər üzrə Əfqanıstan və Kosovada birgə həyata keçirdiyimiz iş barədə danışdıq".

Enerji sahəsində əməkdaşlığa gəlincə, V.Nuland əlavə edib ki, Cənub qaz dəhlizi təkcə Azərbaycan deyil, həmçinin eyni enerji mənbəyindən çox asılı olan bütün Avropa ölkələri üçün vacibdir: "Bu, ABŞ, Azərbaycan və Avropanın birgə layihəsidir".

Onun sözlərinə əsasən, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin vacibliyi, IT sahəsində, nəqliyyat və kənd təsərrüfatı sektorlarında, korrupsiya ilə mübarizədə işin intensivliyi məsələləri də müzakirə olunub: "Biz razılaşdıq ki, güclü demokratik Azərbaycanın maraqlarına uyğun olaraq ikitərəfli əsasda daha intensiv işləyək".

Tarix
2015.02.17 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla