Yuxarı

Ərdoğanın Bakı ilə bağlı təklifi: Əliyevlə danışılıb – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın Bakı ilə bağlı təklifi: Əliyevlə danışılıb – Şərh

Ərdoğanın bu təklifi əslində TANAP-ı Trasbalkan qaz kəməri ilə birləşdirmiş olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Ukraynaya rəsmi səfəri zamanı Prezident Vladimir Zelenskiyə gələcəkdə Azərbaycan qazını Türkiyə üzərindən alması barədə təklifini şərh edərkən deyib. O bildirib ki, Ərdoğanın bu təklifi regionda yeni enerji layihələrinə zəmin yaradacaq:

“Ərdoğanın təklif etdiyi Türkiyə üzərindən Azərbaycan qazının Ukraynaya satılması məsələsi əslində olduqca aktualdır. Onsuz da Azərbaycanla Ukrayna arasında bir müddətdir ki, danışıqlar aparılır. Ukrayna Prezidenti Zelenski ötən bir ay ərzində paytaxt Kiyevdə və Davos Dünya İqtisadi Forumunda Azərbaycan Neft Şirkətin (SOCAR) rəhbəri Rövnəq Abdullayevlə görüşüb. Azərbaycan və Türkiyənin paralel danışıqlar aparması onu göstərir ki, hər iki ölkə TANAP layihəsinə daha çox ölkəni cəlb etmək istəyir. Əslində Ukrayna tərəfi də bu məsələdə maraqlıdır. Zelenskinin Bakıya rəsmi səfəri zamanı bu məsələ ölkə başçıları səviyyəsində müzakirə olunmuşdu.

Azərbaycan qazının Ukraynaya nəql olunması məsələsində danışıqlar hələ də davam edir. Danışıqlar çərçivəsində əsasən qazın nəqli, həcmi, qiyməti və infrastruktur məsələləri müzakirə olunur. TANAP artıq Yunanıstan-Bolqarıstan sərhədinə qədər çəkilib. Bu isə Ukraynaya nəql olunacaq qazın Türkiyədən sonra Bolqarıstan-Moldova üzərindən keçməsi deməkdir. Hazırda ən önəmli məsələ Ukraynaya nəql olunacaq qazın Balkan ölkələrindən keçən hissəsində infrastruktur işlərinin aparılmasıdır.

Azərbaycan ilə Ukrayna arasında əsas mövzulardan biri də veriləcək qazın həcmi məsələsidir. Nəzərdə tutulan razılaşmaya görə, Azərbaycan Ukraynaya beş milyard kubmetr qaz verə bilər. Lakin bu miqdar Ukrayna üçün kifayət deyil. Azərbaycan ilkin mərhələdə ən azı Ukraynanın cənub vilayətlərinin enerji təlabatını ödəyə bilər", - deyə o bildirib.

Tarix
2020.02.06 / 08:30
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla