Yuxarı

“ATƏT Azərbaycana qarşı diplomatik səhvə yol verdi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“ATƏT Azərbaycana qarşı diplomatik səhvə yol verdi”

"Dağlıq Qarabağ adlanan tarixi Azərbaycan coğrafi ərazisi Ermənistan tərəfindən işğal edilmiş ərazinin cəmi üçdə birini təşkil edir. Azərbaycanın nəzarətindən kənarda olan ərazidə hakimiyyət yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndələri var".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Aydın Mirzəzadə çıxış edib. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yenidən Azərbaycana qarşı diplomatik səhvə yol verdiklərini bildirib:

"Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT-in rəsmi saytında fevral ayının 16-19-da Azərbaycan və Ermənistana səfərləri ilə bağlı press-reliz yayıblar. Diqqəti cəlb edən məsələ bəyanatın mətnində həmsədr ölkə nümyəndələrinin Azərbaycanla bağlı kobud səhvə yol vermələridir. Bəyanatın mətnində "Dağlıq Qarabağın faktiki rəhbərləri ilə görüş keçirdikləri" bildirilir. Həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və onların vasitəçilyi Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasından ibarətdir. Bəyanatdakı fikir isə üç ölkənin rəsmi mövqeyinə düz gəlmir. Dağlıq Qarabağ adlanan tarixi Azərbaycan coğrafi ərazisi Ermənistan tərəfindən işğal edilmiş ərazinin cəmi üçdə birini təşkil edir. Azərbaycanın nəzarətindən kənarda olan ərazidə hakimiyyət yox, Ermənistan işğalçı qüvvələrinin nümayəndələri var. ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğalçı komandanlıq nümayəndələrinə legitimlik vermək cəhdi yolverilməzdir və bu diplomatik səhv aradan qaldırılmalıdır. Ötən il noyabrın 12-də də Ermənistan hərbi helokopteri Azərbaycan ərazinidə vurulandan sonra da diplomatik səhvə yol verilmiş, sonradan isə səhv düzəldilmişdi".

Qeyd edək ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat yayıblar. Həmsədrlər bəyanatda Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə görüşdüklərini qeyd ediblər.

Tarix
2015.02.20 / 17:01
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

İran vətəndaşları Türkiyəyə qanunsuz keçib?

ABŞ və İsrail məğlub olana qədər davam edəcəyik - İran

Azərbaycan vasitəsilə ölkəni tərk edin - Rusiya

Səfirlik Azərbaycandakı İran vətəndaşlarına müraciət etdi

Bu, gələcək nəsillərə ünvanlanan tarixi mesajdır - Deputat

İsrail İranı, İran qonşularını, Pakistan isə... - Nələr olur?

ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatın adı... - Foto

Efiopiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Rəsmi Bakıdan xəbərdarlıq: Bu ölkəyə getməyin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla