Yuxarı

Bakı-Berlin arasında Qarabağ müzakirəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Berlin arasında Qarabağ müzakirəsi

Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Axar.az xəbər verir ki, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkili, səfir Mixael Zibert arasında keçirilən görüşdə ikitərəfli münasibətlərə, eləcə beynəlxalq aləmdə və regionda baş verən proseslərə dair müxtəlif məsələlər müzakirə edilib.

Almaniyaya səfəri çərçivəsində X.Xələfov, eyni zamanda, bu ölkənin Federal Prezidentinin xarici və siyasi təhlükəsizlik məsələləri üzrə müşaviri Tomas Baqqer və Federal Kanslerin xarici və siyasi təhlükəsizlik məsələləri üzrə müşavirinin müavini Kristina Baynhof ilə də görüşlər keçirib.

X.Xələfov Almaniyanın Azərbaycanın mühüm tərəfdaşı olduğunu, ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişaf etdiyini bildirib, dövlətlərimiz arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.

Almaniya tərəfi Azərbaycanın regionda əhəmiyyətini vurğulayıb. Həmçinin Azərbaycanın Almaniyanın regionda əsas iqtisadi tərəfdaşı olduğu qeyd edilib. Bundan başqa, ölkəmizin həyata keçirdiyi regional layihələrin icrasına dair məlumatlar qarşı tərəfdən maraqla qarşılanıb.

Tərəflər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki vəziyyəti dəyərləndirib və Almaniyanın sülh prosesinə mümkün töhfələrini müzakirə ediblər.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov məsləhətləşmələrdə iştirak edib.

Tarix
2020.02.12 / 22:42
Müəllif
Axar.az
Digər xəbərlər

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla