Yuxarı

Nazirliyin yoxlama səlahiyyəti ləğv edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin yoxlama səlahiyyəti ləğv edildi

İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamalarla bağlı müstəsna səlahiyyəti ləğv edilib.

APA-nın məlumatına görə, "Nəzarət kitabçası" haqqında Əsasnamə"yə əsasən indiyə qədər vergi orqanları istisna olmaqla, digər dövlət orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sahibkarlıq subyektlərində aparılan yoxlamalarda iştirak edən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi haqda "Nəzarət kitabçası"nda müvafiq qeydlər edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən yoxlamalarda eyni qüvvəyə malik üçüncü nüsxə tərtib olunub və nümayəndəyə təqdim edilib. Nazirlər Kabineti tərəfindən "Nəzarət kitabçası" haqqında Əsasnamə"yə edilən dəyişikliyə əsasən Əsasnamədəki bu müddəalar ləğv edilib. Başqa sözlə, vergi orqanları istisna olmaqla, sahibkarlıq orqanlarında digər dövlət orqanları yoxlama apararkən bu yoxlamalarda İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin də mütləq iştirak etməli olması barədə tələb qüvvədən düşüb.

Müvafiq olaraq Nazirlər Kabineti "Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası" və "Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası"nda da dəyişiklik edib. İndiyə qədər atçılıq sahəsində dövlət nəzarəti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilsə də, atçılıq təsərrüfatında araşdırmalar, yoxlamalar yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılıb. Dəyişikliyə əsasən İqtisadiyyat və Sənaye Nazirliyinin bu sahədə səlahiyyəti ləğv edilib və atçılıq təsərrüfatında araşdırmalar, yoxlamalar İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı olmadan aparılacaq. Arıçılıq təsərrüfatlarında yoxlamalar və araşdırmaların yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilməsini əks etdirən müddəa da ləğv olunub.

Tarix
2015.02.22 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Vilayəti erməni səfirlə görüşdü, TRIPP-a qarşı çıxdı

Böyük Britaniya elçisindən Azərbaycanla bağlı açıqlama

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla